"Music Gallery" ilə bağlı qalmaqallı məhkəmə işi: vəzifəli şəxs malları qumarda uduzub
12-11-2025 [15:28]
Bakıda fəaliyyət göstərən "Pover on” (MMC) Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibində fəaliyyət göstərən “Music Gallery” mağazasının meneceri Rüfət Əliyevin məhkəməsi başa çatıb.
Mia.az Yurd.Media-ya istinadən xəbər verir ki, o, Nərimanov rayonunda yerləşən “Music Gallery" elektronika mağazasının anbarından MMC tərəfindən etibar edilmiş 48 869 manatlıq müxtəlif növ məhsullarını sataraq pulunu mənimsəyib.
Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən R. Əliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, "Pover on” MMC əsasən məişət elektrik mallarının, kompüterlərin, audio və video aparatlarının pərakəndə satışı ilə məşğuldur: “MMC ilə 1 avqust 2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən mağaza meneceri vəzifəsinə təyin olunmuşam. Əmək müqaviləsinə əsasən mənə etibar edilmiş malların satışını, paylanmasını təşkil etmişəm. Mən qumar oyunlarının aludəçisi olmuşam. Telefonuna "mostbet” proqram təminatı yükləmişəm. Həmin proqramla online qumar oyunları oynamışam. Qumar oyunları oynamaq üçün mənə pul lazım olub. Buna görə mağazanın anbarında olan mobil telefonları qüsurlu olaraq qeyd etmək və götürərək satmaq qərarına gəlmişəm. Məhsullar qüsurlu olduğu halda həmin məhsullar satışa çıxarılmayıb və qüsurlu olduğundan sistemdə görsənməyib. Bununla da mənim həmin məhsulları götürmək imkanım yaranıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 3 dekabr 2024-cü il tarixdən etibarən 22 yanvar 2025-ci il tarixədək anbardarlardan smartfonlar və playstationlardan bəzilərinin müştərilərinin olduğunu, qüsurlu olaraq qeyd etmələrini, cihazları ona təqdim etmələrini bildirib. Onun ifadəsinə görə, hər iki anbardar ona tabe olduqları üçün dediklərini ediblər və onun dediyi model cihazları qüsurlu kimi qeyd edərək ona təqdim ediblər.
Təqsirləndirilən şəxs bildirib ki, həmin cihazları Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyası yaxınlığında yerləşən lombarda qoyaraq pul götürüb, həmin pulları da “mostbet” online qumar oyunları oynayaraq uduzub.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında, o cümlədən özəl sahədə rəhbər və maddi məsul vəzifə tutma hüquqları məhdudlaşdırılıb. O, 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Qənimət Zahidin qiyabi məhkəməsi: hakim qərar verdi
Zabitlərin hərbi xidmət müddəti: deputatlar azaldılmasına "hə" dedi
Dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik olunub
"Daxili qoşunlar haqqında" qanun qəbul edilib
Aidə Hüseyn Ali Məhkəməyə hakimi təyin edilib - MM təsdiqlədi
Əli Əsədov yeni qərar imzalayıb
Vergi Məcəlləsinə dəyişikliklər olunub
AYNA-nın iki şirlkətə yazdığı cərimələr silinib - Məhkəmə tərəfindən
2026-cı ilin dövlət büdcəsi təsdiqləndi - Gəlir və xərclər
Sabunçuda yaşayış evində partlayış baş verib
ABŞ 8 min tələbənin vizasını ləğv edib - Amerika səfirliyi İtaliya səfirliyi kimi azərbaycanlılara problem yaradacaq, yoxsa...
DİN-dən daha bir xəbərdarlıq: "Bank kartlarına kiber üsullarla müdaxilə halları var"
Meymunçiçək virusunun yeni bir ştammı ortaya çıxdı - Necə yayılır?
Üç bürcə "yaşıl işıq" yanacaq
Kəmaləddin Heydərov polkovnik-leytenantı vəzifəyə təyin edib
İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə belə reaksiya verdi: "İndi evə gəlmişəm..."
Məşhur müğənni imicini dəyişdi - FOTO
Azərbaycan nefti 66 dollara satılır
Abşeronda qəzada 3 nəfər ölüb - Cinayət işi açıldı
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir + FOTOLAR
"Liverpul"da baş məşqçi ilə hücumçu arasında gərginlik böyüyür - Salah heyətə daxil edilməyib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə və Macarıstan arasında 16 müqavilə imzalandı
Azərbaycan və Slovakiya prezidentləri görüşdü, mühüm mesajlar verildi - FOTOLAR (Yenilənib)
Prezident Bratislavada Devin qəsrində olub - FOTO
İsrail Qəzzanı yenidən vurub - Ölənlər var
Macarıstan Baş naziri: "Türklər bizim kimidir, bilirlər ki..."
İlham Əliyev Slovakiyada - FOTOLAR (Yenilənib)
Çempionlar Liqası: "Qalatasaray" "Monoka" ilə "döyüş"ə gedib
Prokurorluqdan əməliyyat - DSX-nin kapitanı həbs edildi
Dövlət qulluğu ilə bağlı yeni əmr imzalanıb
Baş nazir daha bir qərar imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Çempionlar Liqası: hansı oyun hansı kanalda? - SİYAHI
Əli Əsədov onlara vəzifə verdi - Dəyişiklik
Müğənni Dəniz Əsədovanın məhkəməsi başlayır - DETALLAR
"Samsunspor"un oyunçusunun maşını belə yandı - FOTOLAR
Sumqayıtda kirayə məznillər satışa çıxdı - Aylıq 347 manatdan