4 NAZİRLİKLƏ BAĞLI İSLAHAT ÇAĞIRIŞI: KTN, ETN, ƏƏSMN... - Qeyri-ixtisas sahiblərinin idarə etdiyi sahələrlə bağlı maraqlı faktlar açıqlanıb

img

12-11-2025 [09:03]


"Azərbaycanda 4 nazirlikdə təxirəsalınmadan struktur və kadr islahatları aparılmalıdır".

Mia.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Əli Orucov deyib.

Onun sözlərinə görə, bu sırada  Kənd Təsərrüfatı Nazirliyi ön sırada olmalıdır:

ƏLİ ORUCOV

"Bu nazirliyin rəhbərliyində bir nəfər də olsun aidiyyatı üzrə ixtisaslı kadr yoxdur. Nazir Məcnun Məmmədov münasibdir, nazir müavini İlhamə Qədimova hüquqşünasdır, nazir müavini Elçin Zeynalov neftçidir, digər müavini Sarvan Cəfərov politoloqdur. Göründüyü kimi, adı sadalananların heç biri kənd təsərrüfatı mütəxəssisi deyillər və ölkənin də ən strateji sahəsi olan aqrar sahəyə rəhbərliyi qətiyyən yol verilməzdir.

2. Azərbaycan Elm və Təhsil Nazirliyi.

Nazir Emin Əmrullayev Dövlət idarəçiyini üzrə mütəxəssisdir. Nazir müavini Firudin Qurbanov iqtisadçıdır, nazir müavini İdris İsayev iqtisadçıdır, maliyyə mütəxəssisidir. Nazir müavini Həsən Həsənli siyasət sahəsi üzrə mütəxəssisdir. Nazir müavini Şakir Kərimzadə iqtisadçıdır, maliyyə kredit mütəxəssisidir. Bu nazirlikdə də pedaqoji və təhsillə bağlı ixtisaslı mütəxəssis yoxdur. Təhsilə maliyyə biznes strukturu kimi yanaşmaq ölkənin gələcəyini məhvə aparır.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.

Nazir Anar Əliyev hüquqşünasdır. Yaxşı vəkil, hakim, prokuror, hüquq mühafizə orqanlarının əməkdaşı ola bilərdi. Nazir müavini Vüsal Nəsirli bələdiyyə idarəetmə mütəxəssisidir. Nazir müavini Hidayət Abdullayev biznesin idarəedilməsi ixtisasını bitirib. Nazir müavini Anar Bayramov həkimdir. Nazir müavini Rəşad Mustafayev fəaliyyəti dayandırılan Təfəkkür Universitetindən hüquq diplomu alıb. Bu nazirlikdə neqativ hal ondan ibarətdir ki, rəhbərlikdə təmsil olunanların heç birinin praktiki aidiyyatı üzrə təcrübəsi və səriştəsi yoxdur.

4. Səhiyyə Nazirliyi

Nazir Teymur Musayev həkimdir. Nazir müavini İlqar Qasımov həkimdir. Nazir müavini Rasim İsmayılov maliyyəçidir. Nazir müavini Nadir Zeynalov həkimdir. Ancaq həmin şəxslər birini çıxmaqla səhiyyə tibb mütəxəssisləri olsalar da, nazirliyi biznes strukturu kimi idarə edirlər. Səhiyyə tamamilə bərbad günə salınıb, korrupsiya rüşvət yuvasına çevrilib".

Ekspertin sözlərinə görə, digər sahələrdə və nazirliklərdə də fundamental reformların aparılması qaçınılmazdır:

"Ancaq toxunduğum nazirliklər ölkənin sosial və iqtisadi vəziyyətinə birbaşa təsir etdiyindən sosial gərginliyi və ictimai qəzəbi körükləyən faktora çevrilirlər. Odur ki, bu sahələrə həssas və diqqətlə yanaşılmalıdır".

F.Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA