NAZİRLİK DÖVLƏT BAYRAĞI BARƏDƏ QALMAQALLI PAYLAŞIMA AYDINLIQ GƏTİRDİ - Açıqlama + FOTO (Yenilənib)

img

11-11-2025 [19:34]


Mədəniyyət Nazirliyi dövlət bayrağı barədə dünənki qalmaqallı paylaşımla bağlı bu gün xüsusi açıqlama yayıb.

Mia.az xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

"Bir qrup şəxs tərəfindən Mədəniyyət Nazirliyin saytından paylaşılan "screen" görüntülərində istifadə etdikləri cihazlarda avtomatik tərcümə funksiyası aktiv olduğu üçün mətn təhrif edilmiş şəkildə əks olunub. Araşdırılmadan və yoxlanılmadan bu kimi təhrif edilmiş məlumatların yayılması nazirliyin nüfuzuna xələl gətirir və insanlarda düzgün olmayan rəy formalaşdırır.

Xahiş edirik ki, bu cür səhv informasiya verməklə ictimai fikrin yanlış istiqamətə yönləndirilməsinə səbəb olmayasınız.

Məsələnin dəqiq və obyektiv qiymətləndirilməsi üçün məsələ ilə bağlı rəy bildirən bütün şəxslərin sözügedən xəbərlərlə birbaşa Mədəniyyət Nazirliyinin rəsmi saytı üzərindən tanış olmağını, bu zaman iaə avtomatik tərcümə funksiyasını deaktiv etməyini vacib hesab edirik. Orijinal mətnlər Mədəniyyət Nazirliyinin saytında aydın və düzgün şəkildə təqdim olunub.

Sözügedən xəbərlərin orijinal linklərini təqdim edirik

-https://culture.gov.az/az/news/news-detail/xarici-olkelerdeki-azerbaycan-medeniyyet-merkezlerinin-hesabat-iclasi-kecirilib/2854

-https://culture.gov.az/az/announcements/qeyri-hokumet-teskilatlarinin-istiraki-ile-teqdimat-sessiyasi-kecirilecek/78

-https://culture.gov.az/az/news/news-detail/azerbaycan-medeniyyet-elcilerinin-forumu-panel-muzakireleri-ile-davam-edib/2855

***

Mədəniyyət Nazirliyi Azərbaycan bayrağı ilə bağlı yol verdiyi səhvi aradan qaldırıb.

Mia.az Konkret.az-a istinadla xəbər verir ki, qurum bayrağın təhrif olunduğu paylaşımı sosial şəbəkə hesablarından silib.

Həmin paylaşımda bayraqdakı ulduzun 8 güşəsindən bir ixtisar olunmuşdu və 7 güşə formasında verilmişdi.

Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Vətəndaşlar bayrağın təhrif olunmaısna görə nazirliyi qınayırdı və paylaşımın silinməsini tələb edirdilər.

Xatırladaq ki, "Xalqbank" da eynən bu şəkildə bayrağımızı təhrif edib. 

Qeyd edək ki, 9 Noyabr Azərbaycanda Bayraq Günüdür.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
22:34 10.11.2025

Ət ucuzlaşıb? - VİDEO

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA