Tibbi yardım təlimləri keçirilib - FOTO
06-11-2025 [20:02]
Azərbaycan təcrübəsində ilk dəfə olaraq 8 ali təhsil müəssisəsi və 2 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib.
Mia.az xəbər verir ki, özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən "Həyata dəstək: ilkin tibbi yardım təlimləri" layihəsini uğurla başa çatdırıb.
Bu bardə ÖTMA-dan məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində Azərbaycan təcrübəsində ilk dəfə olaraq ÖTMA “Medic School Training Center” ilə birgə 9 ali təhsil müəssisəsi və 1 kollecdə beynəlxalq standartlara uyğun ilk tibbi yardım təlimləri təşkil edib: “Layihənin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrində tələbələrin və müəllimlərin ilk tibb yardım üzrə bilik və praktiki bacarıqlarını artırmaq, bununla da onların fövqəladə hallara effektiv cavab vermək bacarıqlarını inkişaf etdirmək, daha təhlükəsiz təhsil mühitinin yaradılmasına yardım göstərməkdir”.
Məlumata əsasən, təlimlər Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq protokollarına əsasən sertifikatlaşdırılmış təlimçilər tərəfindən aparılıb. Bu, Azərbaycan təcrübəsində ilk dəfə olaraq təhsil müəssisələrində belə geniş miqyasda ilk tibb yardım təlimlərinin təşkili təcrübəsidir: “Layihə çərçivəsində keçirilən hər bir 4 saatlıq təlim nəzəri biliklərlə yanaşı, praktiki məşğələləri də əhatə edib. İştirakçılar ürək-ağciyər reanimasiyası (CPR), qanaxmaların dayandırılması, tənəffüs yollarının açılması və digər həyati vacib ilk yardım prosedurlarını öyrəniblər. Təlimlərin sonunda test nəticələrinə əsasən uğurlu iştirakçılara sertifikatlar təqdim olunub. Ümumilikdə 200-ə yaxın tələbə və müəllim bu təlimlərdə iştirak edib. Təlimlər Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, UNEC, Xəzər Universiteti, ADMİU nəzdində Humanitar Kollec və Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində keçirilib”.
Layihənin yekunları ilə əlaqədar ÖTMA-nın İdarə Heyətinin sədri Günel Əliyeva bildirib ki, Assosasiya bu layihə ilə cəmiyyət üçün çox vacib töhfə veirb: “İlk dəfə olaraq ali və orta ixtisas təhsil müəssisələrində belə geniş miqyasda beynəlxalq standartlara əsaslanan ilk tibbi yardım təlimlərinin keçirilməsi gənclərin və müəllimlərin həyat qurtaran biliklərlə yiyənlənməsi deməkdir. Bu təlimlər vasitəsilə biz həm təhsil, həm səhiyyə, həm də ictimai təhlükəsizlik sahələrində əhəmiyyətli töhfə verdik. ÖTMA olaraq hesab edirik ki, bu təşəbbüs yalnız bir layihə ilə yekunlaşmamalıdır. Gələcəkdə ölkə üzrə geniş tətbiq olunmalıdır.”
ÖTMA bu təşəbbüsü gələcəkdə ölkənin digər regionlarına da yaymağı, eyni zamanda təhsil müəssisələrində ilk tibbi yardım üzrə daimi təlim proqramlarının formalaşdırılmasına dəstək verməyi planlaşdırır.
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub