NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - Əsasnamələrdə mövcud olmayan yeni post sahiblərinin maaşı 3700 manatdan başlayır

img

06-11-2025 [13:23]


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünə daha bir müşavir təyin edib.

Məlumata görə, bu, Anar Novruzovdur.

O, bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Baş icraçı direktorun müavini olub, ölkə Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Hava Yolları" QSC-nin və "Təmiz Şəhər" ASC-nin Müşahidə Şurasının üzvü təyin edilib.

A.Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr təhsilini başa vurduqdan sonra "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Şotlandiyanın Aberdin Universitetində neft, enerji iqtisadiyyatı və maliyyəsi ixtisası üzrə magistr dərəcəsi alıb, ABŞ-də Harvard Biznes Məktəbində Maliyyə İdarəçiliyi və Liderlik, Fransada INSEAD Biznes Məktəbində Transformasiyanın İdarəedilməsi proqramlarını tamamlayıb.

O, peşəkar fəaliyyətinə nüfuzlu beynəlxalq audit şirkətlərində başlayıb, həmin şirkətlərin Səudiyyə Ərəbistanı və Böyük Britaniya ofislərində strateji inkişaf, maliyyə əməliyyatları və audit sahələri üzrə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib(Report)

Mia.az-ın əldə etdiyi məlumata əsasən, son illər dəbə düşən və bir çox qurumların əsasnamələrində müşavirlk postu olmasa da, rəhbər şəxslər belə vəzifə yaradaraq təyinatlar həyata keçirirlər.

Məlumat üçün qeyd edək ki, hətta publik hüquqi şəxslərdə müaşvirlər 3800 manatdan yuxarı maaş alırlar. YəqiN ki, nazirlikdəki müşavirlər  daha çox maaşla təmin olunublr.

F.SƏFƏRLİ

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA