"Hurriyyet TV"nin rəhbəri saxlanıldı - Sərdar Cəlaloğlundan açıqlama (Yenilənib)
30-10-2025 [16:29]
Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin ofisində əməliyyat aparılması ilə bağlı məhkəmə qərarından məlum olur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları sosial gərginliyi artırmağa və dövlət orqanlarını gözdən salmaqla nəticələnən məqsədlər kimi dəyərləndirilib”.
Bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bacısı oğlu, “Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları adıçəkilən media qurumlarının ofisləri ilə yanaşı V.Məmmədovun evində də axtarış aparıblar: “Evində axtarış zamanı heç nə götürməyiblər. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildirib ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıblar. Çünki onun ürəyində problemlər var”.
S.Cəlaloğlu bildirib ki, bacısı oğlunun həbsinin Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəsi yoxdur: “Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar 6 ay bundan əvvəl mənə çatdırılıb. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX tutub. Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə olaraq, Vüqar gərgin vəziyyətdədir. Fikirlərini radikal formada bildirirdi. Vüqarın valideynləri belə həmin çıxışlarına görə ona dəfələrlə iradlarını söyləyiblər. Ağır iqtisadi-sosial vəziyyətə düşən adamları görüb, özündən asılı olmayaraq emosional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa birşey deyil. Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbs edilib. Biznes fəaliyyətinə də müəyyən əngəllər törətməyə çalışıblar, müflis olub. Bizə qarşı Ramiz Mehdiyevdən çox düşmənlik edən yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənlik etdiyi şəxslər biz olmuşuq”.
ADP sədrinin sözlərinə görə, hələlik Vüqar Məmmədovun haqqında həbs qətimkan tədbiri seçilməyib: “Sadəcə olaraq, Səbail Rayon Məhkəməsi DTX-nın müraciəti əsasında onun ofis və evində axtarışla bağlı qərar qəbul edib. Hər hansı bir ittiham irəli sürülməyib. Çıxışlarına görə özü və ailəsinin 6 ay müşahidə altında saxlanılması ilə bağlı qərar qəbul edilib. Vüqar Məmmədovla bərabər Mahir Rüstəmlini də saxlamışdılar. Mahir sərbəst buraxılıb”.
***
Hüquq-müfahizə orqanları Hurriyyet TV-də əməliyyat keçirib.
Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin Hurriyyet TV-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq