Sənəddə icraçı direktor başqa, mətbuat konfransında tamam başqa... - “Bolmart” marketlər şəbəkəsində nə baş verir? (FOTO)

img

30-10-2025 [11:06]


“Bolmart” marketlər şəbəkəsi haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbəri dəyişib.

Mia.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib.

Buna qədər isə sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.

Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.

Qeyd edək ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazası fəaliyyətini dayandırıb.

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA