Mikayıl Cabbarov lisenziya ilə bağlı qərar imzaladı
23-10-2025 [10:00]
"Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası” təsdiq edilib.
Mia.az-ın məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, bu Qayda “Lisenziyalar və icazələr haqqında” Qanunun tətbiqi ilə əlaqədar yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü (fəaliyyət növünün adı göstərilməklə) üzrə lisenziya müqaviləsinin (bundan sonra – lisenziya müqaviləsi) formasını və bağlanılma qaydasını müəyyən edir.
Hüquqi şəxsə, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkara yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növünə (fəaliyyət növünün adı göstərilməklə) lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) ilə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.
Lisenziya müqaviləsi yazılı formada və müddətsiz bağlanır.
Bu Qaydada istifadə olunmuş anlayışlar “Lisenziyalar və icazələr haqqında” Qanunda, habelə digər qanunvericilik aktlarında nəzərdə tutulan mənaları ifadə edir.
Lisenziya sahibi qanunvericiliklə nəzərdə tutulmuş sənədlərlə yanaşı, 2 nüsxədə özü tərəfindən imzalanmış, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və ya nümayəndəliyinə münasibətdə həm də möhürlənmiş lisenziya müqaviləsini Nazirliyə təqdim edir.
Nazirlik lisenziya verildiyi tarixdən 30 (otuz) gün ərzində lisenziya müqaviləsini imzalayaraq, lisenziya sahibinə təqdim edir.
Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, tərəflər bu müqavilənin imzalanmasından olaraq imtina edə bilməzlər.
Lisenziya müqaviləsi müqavilənin bağlanması haqqında lisenziya sahibinə “İnzibati icraat haqqında” Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi gün qüvvəyə minir.
Lisenziya müqaviləsi lisenziya verildiyi tarixdən 30 (otuz) gün müddətində bağlanmadıqda, müvafiq lisenziya hüquqi nəticələr yaratmır.
Lisenziya müqaviləsi Mülki Məcəllədə və “İnzibati icraat haqqında” Qanunda müəyyən edilən qaydada ləğv oluna bilər.
Məlumat üçün bildirək ki, qərar oktyabrın 10-da qəbul edilib, oktyabrın 21-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, oktyabrın 22-də qüvvəyə minib.
QHT rəhbəri İrəvandan fotolar paylaşıb - Açıqlama + FOTOLAR
Tunisdə gəmi batıb - 40 nəfər öldü, aralarında körpələr də var
"Yıxılana balta vurmaq mənim sənətim deyil" - Əli Nağıyev Ramiz Mehdiyev haqqında belə deyir (MÜSAHİBƏ)
Dəmir yolu xətti təmirə bağlandı, körpə avtomobildə doğuş zamanı öldü - TƏBİB-dən açqlama
Əli Əsədov daha bir qərar imzalayıb
Suriyadan altı azərbaycanlı ölkəyə gətirildi - XİN-dən açqılama
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi
Bakıda tələbə dabaq xəstəliyinə yoluxub? - Açıqlama
Sabah hava necə olacaq? - Proqnoz
XOCALIYA DAHA 12 AİLƏ KÖÇÜRÜLDÜ
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
Şirvanda 87 min manatlıq dələduzluq olub
Tramp Rusiyaya qarşı niyə dəyişdi? - Şahin Cəfərli yazır
Tarixi an: Fəzail Ağamalı Ramiz Mehdiyevə məruzə edir - FOTO
Avropa İttifaqı Rusiyanı "Qəlbi"ndən vurdu - Moskvaya qarşı yeni sanksiya paketində nələr qadağan olunub?
Bakıda tibb bacısı mənzili qarət edib
İlham Əliyev Macarıstanın Baş nazirinə məktub göndərdi - MƏTN
ARDNF-nin 2025-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumat yaydı - Hesabat
"Məsələn, ailənin 5 üzvü var və həmin ailənin..." - Sosial yardım nə qədər artırılacaq?
"İlk səfərim Türkiyəyə olacaq, siyasətimz Ankaraya uyğun qurulacaq" - Tufan Erhürman
Azərbaycan neftinin qiyməti 63 dolları ötdü
Mikayıl Cabbarov lisenziya ilə bağlı qərar imzaladı
Bakıda avtomobildə partlayış olub
Rəsmi Vaşinqton: "Rusiyaya qarşı sanksiyalar sərtləşdiriləcək"
"Putinlə Budapeştə nəzərdə tutulan görüşü ləğv etdik" - Tramp
Çempionlar Liqası: üçüncü tura yekun vuruldu - NƏTİCƏLƏR
Rəsmi Ankaradan İsrailin qərarına sərt etiraz: "Bu, atəşkəs prosesinə qarşı təxribatdır"
"Məğlub olmaq istəmirdik" - Qurban Qurbanov
Nuri Şahinin komandası 5 oyundur qələbə üzünə həsrət qalıb
Ərdoğan Omanın sultanına “Togg” hədiyyə etdi - FOTOLAR
Okan Buruk: "Çempionlar Liqasında qol fərqi də çox vacibdir"
Çempionlar Liqası: "Qarabağ" və "Qalatasaray" meydanda, qapılara 8 qol atılıb (Yenilənib)
Əli İnsanovdan Ramiz Mehdiyevlə bağlı açıqlama: "Burnunu tutsan, canı çıxar, dözməz orada"
İran XİN: "ABŞ-ın əsassız tələbləri davam etdikcə..."
Putin ordunu topladı, nüvə silahı təlimi: qitələrarası ballistik və qanadlı raketlər sınaqdan çıxarıldı - Kreml açıqlama yaydı
Netanyahu ABŞ vitse-prezidenti ilə görüşdə: "Türkiyəni bölgədə istəmirik" - "Biz üzərimizə düşəni edirik, edəcəyik"
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
"Fənərbağça" İH-nin üzvü həbs təhlükəsiylə üzləşib - "Qalatasaray" rəsmisini təhqirə görə
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
QHT işi: Hafiz Həsənovun məhkəməsi başlayıb
Nazirdən daha bir etiraz doğuran təyinat - İşçilərə maşın yudurdan qadın Bakının ən böyük məktəbinə direktor göndərildi
Məşhur aktyorun bacısı saxlanılıb - Keçmiş ərinin sevgilisini döyüb