Tramp Pekini yenə hədələdi: "Əgər Çin bizimlə anlamasa..."

img

21-10-2025 [00:16]


ABŞ prezidenti Donald Tramp Çini növbəti dəfə sərt dillə hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Çini ticarət anlaşmasına çağırıb.

Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında deyib ki, əgər Çin ABŞ-la tezliklə anlaşmasa, o zaman 150% əlavə rüsum tətbiqi haqqında fərman imzalayacaq: "Çin bizi nadir metallarla təhdid edərsə və bizimlə anlaşmazsa, o zaman 150% rüsum ödəməli olacaqlar. Bizimlə razılaşmalıdırlar, əks halda, Çin çox ağır bədəl ödəyəcək".

Xatırladaq ki, Trump bundan əvvəl noyabrın 1-dən etibarən Çini hazırda ödədiyi tariflərə əlavə olaraq 100% əlavə tariflər tətbiq edəcəyi ilə də hədələmişdi.

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA