Kəmaləddin Heydərov Mehdiyevin oğlu ilə bağlı sualdan yayındı

img

15-10-2025 [16:35]


Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu qərardan sonra R.Mehdiyevin general oğlu Teymur Mehdiyevin gələcək aqibəti ilə bağlı suallar yaranıb.

Belə ki, Teymur Mehdiyev  fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinidir. O bu vəzifəyə 2014-cü ildə təyin edilib. 

Məsələ ilə bağlı Ramiz Mehdiyevdən və oğlundan açıqlama almaq istəsək də, onların telefonları sönülü olub.

Kəmaləddin Heydərov isə məsələ ilə bağlı sualdan yayınıb.

Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də sualı eşidən kimi telefonunu söndürüb.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunub/Unikal.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA