Ramiz Mehdiyevin topdağıtmaz sərvətinin bir qismi... - SİYAHI (YENİLƏNİB)
15-10-2025 [18:05]
Ev dustaqlığına məhkum edilən Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin əmlakları müsadirə oluna bilər.
Mia.az haqqin.az-a istinadla bildirir ki, açıq mənbələrə görə, Mehdiyevə aşağıdakı əmlaklar aid edilir:
Novxanıda yerləşən üzüm bağları, Bakı, Abşeron və Goranboy rayonlarında ümumilikdə 216 hektar kənd təsərrüfatı torpaqları, o cümlədən Novxanıda 155 hektar və Xınalıq kəndində 50 hektar sahə.
Bundan başqa, Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın adına Maştağada 892 sot, qızı Kamilə Əliyevanın adına isə 240 sot torpaq qeydiyyatdadır. Ailənin nəvəsi Nigar Mehdiyeva 2008-ci ildə Bakıda qeydiyyatdan keçmiş "Media FM" radiostansiyasının sahibi olan "Digital Media" MMC-də paya sahibdir.
Kamilə Əliyevaya İstiqlaliyyət küçəsi, 11 ünvanında yerləşən mənzil məxsusdur: həmin ünvan "İnfonet" MMC və "Caspian Telekom" MMC-nin hüquqi ünvanıdır. Bundan əlavə, Mehdiyevə Dilarə Əliyeva küçəsi, 251A ünvanında bir sıra obyektlər, o cümlədən "Topaz" və "Qala-R.L" Mənzil Tikinti Kooperativləri (MTK), NLT MMC və "Premium Store" MMC aid edilir.
Siyahıda həmçinin NLT, "Servis", "Grand Palace", "Astoriya", "Astoriya Tibb Mərkəzi" MMC (2020-ci ildən - "German Hospital") və 2014-cü ildə açılmış, sahəsi 5 min kvadratmetrdən çox olan "Qrandezza Ticarət Mərkəzi" MMC qeyd olunur.
Həmçinin, 50 milyon manat nizamnamə kapitalı olan "BTB ASC" bankının 75%-i Mehdiyevin nəvəsinə məxsusdur. O, eləcə də "BTB Lizinq" ASC və "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin təsisçisidir.
Bundan başqa, Ramiz Mehdiyev Əhmədli qəsəbəsində yerləşən Şərq-Qərb nəşriyyatı ilə əlaqələndirilir. Həmin ərazidə agentliyin binasında 408 mənzilli 16 mərtəbəli yaşayış binası və yaxınlıqda daha bir 16 mərtəbəli bina inşa olunub. Əlaqəli şirkətlər arasında "Şərq-Qərb Nəşriyyat Evi" MMC və "Qlobal East West" MMC göstərilir.
Ailəyə, həmçinin, "Sədərək" və "Binə" ticarət mərkəzlərində paylar, eləcə də bir neçə villa aid edilir: Bakıda Tbilisi prospektində (36 sot, satış qiyməti 8 milyon dollar), həmçinin Göyçay, Şamaxı və Göygöl rayonlarında yerləşən bağ evləri.
Qeyd edək ki, Ramiz Mehdiyevin ittiham olunduğu maddələr təqsirləndirilən şəxsin əmlaklarının müsadirə olunmasını da nəzərdə tutur.
***
Xəbər verdiyimiz kimi, uzun illər rəhbər vəzifələrdə çalışan, 25 il Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev barəsəində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.
Onun ittiham olunduğu maddələr xüsusilə ağır cinayətlər sayılır. Belə ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Cinayəti sübuta yetiriləcəyi halda Ramiz Mehdiyevin əmlakının müsadirə edilməsi də baş verə bilər, çünki ittiham olunduğu 193-1.3.2-ci maddə əmlakın müsadirəsini də nəzərdə tutur.
Bəs, Ramiz Mehdiyevin nələri var?
PA-nın sabiq rəhbərinin həddən artıq böyük sərvətə sahib olduğu haqda iddialar mövcuddur. Açıq mənbələrdə R.Mehdiyevə aid edilən sərvətin xırda bir hissəsini təqdim edirik:
1. R.Mehdiyevin Novxanıda ucsuz-bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndin Mehdiyevlərə məxsus 155 hektar torpaq mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır.
2. Maştağa qəsəbəsindəki keçmiş Subtropik Bitkilər Sovxozunun ərazisində Qalina Mehdiyevaya (xanımı) adi 892 sot, Kamilə Əliyevaya (qızı) məxsus 240 sot torpaq var.
3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Onun hüquqi ünvanı: Bakı şəhəri, Teymur Əliyev küç. 25 A-dır. Bu şirkət “Medya FM” radiosunun sahibidir.
4. Kamilə Əliyevanın İstiqlaliyyət küçəsi, ev 11 ünvanındakı mənzili iki şirkətin - “İnfonet” MMC və “Caspian Telekom” MMC-nin hüquqi ünvanıdır.
5. Dilarə Əliyeva küçəsi, 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan iki mənzil-tikinti kooperativi (“Topaz” MTK və “Qala-R.L” MTK), “NLT” MMC və “Premium Store” MMC yerləşir. Mehdiyev ailəsinə həm də “NLT” MTK, “Servis” MTK, “Grand Palace” MTK, “Astoriya” MTK, “Astoriya Tibb Mərkəzi” MMC və “Qrandezza” MMC də məxsusdur. Astoriya Tibb Mərkəzi 2020-ci ildən “German Hospital” adı altında fəaliyyət göstərir. “Gandezza” ticarət mərkəzi Bakıda, Nizami adlanan ərazidəki 4 mərtətəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5 min kvadratmetrdən çox sahəsi var.
6. Ramiz Mehdiyevin gəlini Bank BTB ASC-nin əsas səhm sahibidir - 75%. Yəni bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir.
7. “Şərq-Qərb” nəşriyyatı Mehdiyevlərə aiddir. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın geniş ərazisi var. Torpağın bir hissəsində dördbloklu, 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib.
“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.
8. R.Mehdiyevin “Sədərək” və “Binə” ticarət mərkəzlərinə şərikliyi olduğu iddia edilir.
9. Bakının Tiflis prospektində dəbdəbəli villa. Bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu qeyd edilir.
10. Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və digər ərazilər də daxil olmaqla, ölkənin regionlarında çoxsaylı villalara sahib olması haqda məlumatlar var.//Axar.az
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib