“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətti”nə müraciət sayı açıqlandı
14-10-2025 [11:20]
“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti (AUQX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində 1594 müraciət qəbul edib.
Mia.az xəbər verir ki, müraciətlərin 512-si psixoloji dəstəyə ehtiyacla bağlı olub və bu istiqamət ilin ilk altı ayında olduğu kimi üstünlük təşkil edib. Bununla yanaşı, 261 sosial məsələ, 232 zorakılıq halı, 227 hüquqi yardım, 98 təhsil, 14 səhiyyə və 250 müxtəlif məzmunlu sorğu qeydə alınıb.
Statistikaya əsasən, müraciət edənlərin 59%-ni qadınlar, 29%-ni kişilər təşkil edib. Müraciətlərin 12%-i isə xidmətə anonim qaydada ünvanlanıb. Yaş bölgüsünə görə, ən çox müraciət 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib - 1147. Digər sorğuların 335-i 11–14 yaş, 112-si isə 10 yaşadək uşaqlarla bağlı olub.
Müraciətlərin 50%-i rəqəmsal kanallar (sosial media, e-poçt, veb-sayt) üzərindən, digər 50%-i isə telefon zəngləri vasitəsilə edilib.
Çətin vəziyyətə düşmüş uşaqlara yardım məqsədilə 34 ailə mərkəzə dəvət edilərək hüquqi, psixoloji və psixososial dəstək alıb. Ümumilikdə, 90-dan çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib, 3 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfər təşkil edilib. Bununla yanaşı, AUQX komandası xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirib.
“Azərbaycan Uşaq Qaynar Xətt” xidməti fəaliyyətini “Azercell Telekom” MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.
24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), feysbuk və instaqram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib