Ən çox bu banklardan şikayət var - Mərkəzi Bankdan açıqlama

img

10-10-2025 [09:13]


Sentyabrda bank xidmətlərindən istifadə sahəsində müştəri şikayətləri üzrə "Bank BTB" ASC 5,46 şikayət indeksi ilə ən çox şikayət edilən banklardan biri kimi qırmızı zolaqda qərarlaşıb.

Mərkəzi Bankdan Mia.az-a verilən məlumata görə, ən çox şikayət edilən ikinci bank isə " YapıKredi Azərbaycan" QSC olub. Bank 3,89 şikayət indeksi ilə qırmızı zolaqda yer alıb.

Tənzimləyicinin hesabatına görə, siyahının üçüncü yerində "YeloBank" ASC 3,46 şikayət indeksi ilə qırmızı zolaqda sıralanıb.

"Accesbank" 1,53 şikayət indeksi ilə sarı zolaqda yer alıb. Bu təsnifat üzrə "Azər-Türk Bank"ın şikayət indeksi isə 1,47 olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA