Türkiyə derbisində iki qol, bir qırmızı kart... - "Qalatasaray" - "Beşiktaş" oyunu bitdi (Yenilənib)

img

04-10-2025 [22:57]


Bu gün Türkiyə superliqasında "Qalatasaray"la Beşiktaş" üz-üzə gəlib.

Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 21.00-da başlayan derbinin 12-ci dəqiqəsində "Beşiktaş" hesabı açıb.

Abraham qola imza atıb - 0:1.

34-cü dəqiqədə qapçı ilə təkbətək çıxan Rafa Silvaya qarşı kobud oyuna görə isə "Qalatasaray"lı Sançes qırımızı kartla meydandan qovulub.

İlk hissə bu hesabla başa çatıb.

55-ci dəqiqədə "Qalatasaray" İlkay Gündoğanın qolu ilə hesabı bərabərləşdirib - 1:1

Oyun bu hesabla bitib.

Bu nəticədən sonra "Qalatasaray" 8 oyuna 22 xalla lider kürsüsündəki mövqeyini qoruyub. "Beşiktaş" isə 7 oyuna 13 xalla 5-ci pilləyə yüksəlib.

Fərid

MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA