30 il həbsi tələb olunan Ayşe Barım həbsdən buraxıldı

30 il həbsi tələb olunan Ayşe Barım həbsdən buraxıldı

MƏDƏNİYYƏT

01.10.2025, 17:14

İstanbulun "Taksim" meydanında vaxtilə iqtidara qarşı aktyor və sənət adamlarını təşkilatlandırmaqda ittiham olunan, bu ilin mart ayında isə o zamankı "Gəzi Parkı" olayını törətməkdə suşçlanan prodüsser-menecer Ayşe Barım bu gün sərbəst buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verr ki, İstanbul Çağlayan 27-ci Ağır Cəza Məhkəməsində bu gün keçirilən prosesdə 22 il 6 aydan 30 ilədək həbs cəzası istənilən Ayşe Barımın şərti olaraq azadlığa buraxılmasına qərar verilib.

Xatırladaq ki, Taksimdəki Gəzi Parkı etirazlarını planlaşdıranlardan biri olmaqda təqsirləndirilən Ayşe Barım “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə yardım etmək”də ittiham edilir.

Firudin Səfərli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR