Prezident İlham Əliyev ABŞ-da: görüşlər olub - FOTOLAR (YENİLƏNİB)
22-09-2025 [21:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda "Blackstone" şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.
Mia.az xəbər verir ki, Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan "Blackstone" 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda "Blackstone"un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honkonq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.
Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.
Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.
***
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-Yorkda dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.
Mia.az xəbər verir ki, Brüs Flətt 2023-cü ildə ölkəmizə səfəri zamanı Azərbaycanda müşahidə etdiyi iqtisadi nailiyyətlərin və inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını bildirib. O, rəhbərlik etdiyi şirkətin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının getdikcə genişləndiyini vurğulayıb.
Brüs Flətt Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı əldə edilmiş nəticələrə görə təbriklərini çatdırıb və bunun bölgədə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün də yaxşı imkan yaratdığını deyib.
Ölkəmizlə “Brookfield Asset Management” şirkəti arasında qurulmuş əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev bunun əməkdaşlığımızın uzunmüddətli strateji inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Söhbət zamanı Azərbaycanın bərpaolunan enerji sahəsindəki imkanları və ölkəmizin regional enerji mərkəzinə çevrilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 1899-cu ildə əsası qoyulan və baş ofisi Kanadada yerləşən “Brookfield Asset Management” qlobal miqyasda alternativ investisiyaların idarə edilməsi sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji, özəl kapital və kredit kimi əsas istiqamətlər üzrə investisiya portfellərini idarə edir. Hazırda “Brookfield”in idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından çoxdur. Şirkət Nyu-York, London, Sidney, Dubay, San-Paulo, Mumbay və Şanxay da daxil olmaqla, dünyanın əsas maliyyə mərkəzlərində təmsil olunub.
***
Sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdədir.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin "John F.Kennedy" Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar.
Fələstin XİN: "Fransanın bu qərarı tarixi və cəsarətli addımdır"
Quterreş: "Fələstinlilər üçün dövlət qurmaq mükafat deyil, haqqdır"
Polşa rus təyyarələrini vuracaqları barədə xəbərdarlıq etdi: "Sonra gəlib sızlamayın" - İmperiya dövrü bitdi"
Baş məşqçi: "Açığı, öldüm-dirildim"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fransa da Fələstini dövlət kimi rəsmən tanıyıb
"Altay"da dəyişiklik - Yusuf Şimşək baş məşqçi təyin edildi
Prezident İlham Əliyev ABŞ-da: görüşlər olub - FOTOLAR (YENİLƏNİB)
Mourinyo: "Benfika" "Qarabağ"a uduzan günün sabahı..." - Ali Koç məni maraqlandırmır"
Ukrayna PUA-larla Moskvaya zərbə endirməyə başlayıb - Mer açıqladı
Əli Nağıyev III Bakı Təhlükəsizlik Forumunda: "Beynəlxalq təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan..." - VİDEO
Ermənistan vətəndaşları Bakıda məhkəmədə - Tələblər var (YENİLƏNİB)
Möhlət hüququ olan tələbə necə "tor"a salınıb? - Məhkəmə işi
Bakı aeroportunda həyəcan siqnalı: nə baş verib?
Bakı Türk Anadolu Liseyinin yeni binasının açılış oldu
Ankarada biznesmen güllələnib - Sürücü tərəfindən
"Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir" - Mikayıl Cabbarov
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bələdiyyə sədri MHP-dən istefa verdi
Tələbə bıçaqlanıb
Azərbaycan Kuboku: 2025/2026 mövsümünün tam təqvimi açıqlandı
Azərbaycan IFC ilə əməkdaşlıq sazişi imzaladı
"Çox gözəl qonarar verirdilər, ancaq ərim icazə vermədi" - Qumralı İrana çağırırlarmış
Yaşar Nurinin qızı bu görüntüylə gündəmə gəldi - VİDEO
DSMF-dən pensiyalarla bağlı - Açıqlama
"Beşiktaş"ın "Kayserispor"da start heyəti dəqiqləşir - 8 futbolçu oynaya bilməyəcək
Avropa Liqası: "Fənərbağça"nın oyununu fransız hakim idarə edəcək
Adnan Əhmədzadənin vəkili: "Hər bir proses hüquq üzərindən aparılır"
Balıkəsirdə daha bir zəlzələ oldu - 4.5 bal gücündə
Samir Məhərrəmli 3 oyunluq cəzalandırılıb
Meyxanaçı Balaəlinin 34 min manatlıq saatı - VİDEO
Qəzzada itkilər artıb
Bu bankların əmlakları hərraca çıxarıldı - SİYAHI + MƏBLƏĞ
Ağdərənin Həsənriz kəndinə daha 115 nəfər köçürüldü
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Sabah yağış yağacaq
Baş Qərargah rəisi Belarusa gedib
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi