Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO

img

18-09-2025 [10:15]


Gürcüstanın Şida Kartli bölgəsinin Kareli rayonunda Azərbaycanın SOCAR şirkətinə məxsus avtomobilə silahlı hücum olub.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə hakim "Gürcü Arzusu" partiyasının ofisinin yaxınlığında qeydə alınıb.

İnsident zamanı "SOCAR" şirkətinə məxsus avtomobil silahlı hücuma məruz qalıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaqa başladığını açıqlayıb. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı bir nəfəri saxlayıblar.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA