Prezident İlham Əliyev Şahbaz Şəriflə görüşdə: "Hindistan Azərbaycandan qisas almağa çalışır, lakin..."- FOTOLAR
01-09-2025 [12:00]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Çinin Tiencin şəhərində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Mia.az xəbər verir ki, Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlət başçısına bir daha təşəkkürünü bildirib.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəsinin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəsi üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
Dövlət başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub.
Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu deyib və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparılıb, hökumət üzvlərinə əlavə tapşırıqlar verilib. Azərbaycanın "ASAN Xidmət" modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.
"Kassam tuqayları" İsrail əsgərlərini daşıyan hərbi maşını vurub
Qəzzada daha 9 nəfər aclıqdan ölüb - Son 24 saatda
“Yaşıl enerji məkanı” Alt İşçi qrupunun növbəti iclası keçirilib
Arzu Əliyeva Çində Mehriban Əliyeva ilə foto paylaşdı - FOTO
XİN: "Dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi"
Əfqanıstanda zəlzələ - 800-dən çox insan ölüb, 3000-dən çox xəsarət alan var (Yenilənib)
"AzTV-də intriqalar həddindən artıq çox güclü idi" - Xalq artisti
Xocavənd, Xocalı və Laçında aqrar torpaqlar icarəyə veriləcək
Pakistanda helikopter qəzaya düşüb - Ölənlər var
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Şahbaz Şəriflə görüşdə: "Hindistan Azərbaycandan qisas almağa çalışır, lakin..."- FOTOLAR
Ərdoğan Putinlə görüşüb: "Sizi tezliklə ölkəmizdə gözləyirik” - FOTO
Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında yeni sənəd imzalanıb - FOTOLAR
"Azercell Telecom" qadınlara növbəti dəstək proqramına start verir - Müsabiqə elanı
General nazirin müşaviri təyin edildi
"Hələ alış-veriş tamamlanmayıb, lakin 400 manat gedib" - Məktəb yaxınlaşır, valideynlər bahalıqdan şikayətlənir (VİDEO)
Musa Qurbanlı və Bədavi Hüseynov qadın hakimin salamını niyə almadı? - XOŞ OLMAYAN ANLAR + VİDEO
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
Dövlət qurumu 338 min manatlıq kimyəvi təmizlik məhsulu alır
Elşad Paşasoya ağır itki üz verib
"Kocaelispor" oyunçusu ilə bağlı xəbər yayıb
Balakən dağlarında əməliyyat: silahlı şəxslər həbs olunub
Prezident İlham Əliyevlə Ərdoğan Çində bir araya gəldi - Nələr müzakirə olunub? (FOTOLAR)
Ərdoğanla Paşinyan arasında görüş olub - Çində + FOTO
"Trabzonspor" oyunçusunu icarəyə verib
Venesueladan ABŞ-a savaş təhdidi: "Ən böyük kabusunuz olarıq"
Kristofer Nkunku "Milan"a keçib - 5 illik müqavilə imzalanıb
"Fənərbaxça" PSJ-dən oyunçu aldı
Qəzzada daha 58 fələstinli ölüb - Biri HƏMAS-ın sözçüsü olub
Deputatların maaş artımı İndoneziyanı qarışdırdı - Bəzi deputatların evləri yağmalandı, dövlət başçısı Çinə gedə bilmədi
"Qalatasaray" müdafiəçini icarəyə verdi - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çində "ayaqüstü diplomatiya"... - Elxan Şahinoğlu yazır
Aparıcı Kamilə Babayeva belə dəyişdi - VİDEO
Ağcabədi sakinini bıçaqlayan şəxs tutulub
İlham Əliyev Çində görüşlər keçirdi - FOTOLAR (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Sadır Japarova məktub göndərib - MƏTN
Prezident İlham Əliyev Malayziyanın Kralına məktub ünvanlayıb
Ərdoğan Çində - FOTO