MİLYONLARLA QAZ SAYĞACI NİYƏ YARARSIZ ÇIXDI: böyük pullar və oyunlar... - KOMİTƏ SƏDRİ ELƏ İDDİALAR YAYDI Kİ...
18-08-2025 [13:57]
"Bəlkə də son 5 il ərzində SOCAR “Azəriqaz” İB tərəfindən ölkəyə cürbəcür ölkələrdən alınmş 3 milyondan artıq müxtəlif markalarda məişət qaz sayğacları gətirilmiş istismara verilmiş və 1 milyondan artıq qaz sayğacı növbəti dövrü yoxlama müddəti tamamlanmadan (yəni mövcud qaydalara əsasən sayğac 5 il istismarda olmalıdır) qaz xəttindən acilıb "Kalibirlənmə labaratoriyası"na göndərilmiş və yararsız hesab olunaraq utilizasiya olunmuşdur".
Mia.az xəbər verir ki, bu məlumatı "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında adını şəkmədiyi qaz üzrə ekspertə əsaslanaraq paylaşıb.
O, daha sonra tez-tez müəmmalı qərarlarla dəyişən sayğaclardan və artan qaz itkisi ilə bağlı vəziyyətiə toxunub:
"Ölkəyə əsasən Alman markası olan "Zenner Atmos" şirkətinin, lakin Çinin Şanxay şəhərində yerləşən (Şanxay) “Zenner Metering Technology (Shanghai) Ltd müəsisəsi tərəfindən istehsal ounan Zenner G-2.5T, Zenner G-4T, Zenner G-6 T, Zenner G-4 və G-6 Smart tipli qaz sayğacları 2018-ci ildən gətirildi, Bu şirkətdən 4 milyondan artıq qaz saygacı alınıb, lakin zavod qüsurlu olduqları üçün şəbəkədən dərhal və ya müəyyən müddət kecdikdən sonra əvəzlənib .Qısası, bu sayğaclar 5 il istismarda olmağa qadir deyildirlər. Milyonlarca vəsiti bu şirkətə yatıran dırnaqarası qəhrəmanlar hələki susurlar.
Bu ildən etibarən SOCAR “Azəriqaz” İB və “Esyasoft Holding” LTD şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən şirkət 2.5 miyon ədəd qaz sayğacını Azərbaycana 480 miyon dollar qarşılığında satacaq. Şirkət "Esyasoft Holding Ltd." Birləşmiş Ərəb Əmirliynin (BƏƏ) Dubay şəhərində yerləşir və "International Holding Company" (IHC) qrupuna daxildir.
Gəlin inkişaf etmiş və inkişaf etməkdə olan dünya ölkələrində qaz sayğacının istismar ilini və onların dövrü yoxlama müddətinə bir-bir baxaq:
- Özbəkistan rəsmi olaraq 2024-cü ildən ehtibarən, Mexaniki tipli qaz sayğaclarının dövrü yoxlama müddətini 5-ildən 8 ilə kimi uzadıb, Sənaye tipli qaz sayğaclarının 3 ildən 4 ilə uzadıb.
Qaz sayğaclarını Özbəkstan özü istehsal edir ölkədə əsasən Texnopark MMC şirkətlər qrupu tərəfindən istehsal olunan Osten G-2.5T, G-4 və G-6 markalı, və ZEKR G4, G-6 (Smart GM G4) ultrasonik qaz sayğacı istehsal edir. Ölkə üzrə növbədən kənar dövlət yoxlamasına göndərilmiş qaz sayğaclarının sayı umumi istehlakçılar üzrə 3 faiz civarındadır.
- Almaniya: Risk əsasına görə vəziyəyət dəyişir. Əgər istehlakçı il ərzində G-4 markalı sayğacla il ərzində 7000 m3 dan çox, G-6 markalı sayğacla 11000 m3 dan çox təbii qazdan istifadə edirsə bu sayğaclar 3 ildən bir, Əgər aşağı sərfiyyatlıdırsa 10 ildən bir kalibrləşmə labaratoriyasına göndərilir.
Bu qaydalar Niderland, Belçika, və Avstriya kimi ölkələrdə də tətbiq olunur.
- Ukrayna: Bütün mexaniki qaz sayğacları 8 ildən bir dövrü yoxlamadan keçirilir.
- Qonşu Gürcüstan Qaz sayğaclarının kalibrləmə intervalları maksimum axın gücünə görə müəyyən olunur:
Qₐmₓ ≤ 10 m³/h — 10 ildən bir
Qmₐₓ > 10 m³/h — 4 ildən bir
-Kanada:
Diafraqma sayğacları: İlkin 7 il, sonrakı kaıibirlənmə 5 il.
Rotary sayğaclar: İlkin 20 il, sonrakı kaıibirlənmə 16 il.
Ultrasonik sayğaclar smart : İlkin 10 il, sonrakı kaıibirlənmə 8 il.
-İspaniya:
Diafraqmalı sayğac 10 il sonrakı kaıibirlənmə 5 il
Rotorlu sayğac 6 il sonrakı kalibirlənmə 3 il
Turbin 4 il sonrakı kalibirlənmə 2 il
Belarusda Qaz Sayğaclarının Dövri Yoxlanma İntervalları:
-Belarusda qaz sayğaclarının dövri yoxlanması (kalibrləmə) dövlət tərəfindən tənzimlənir və Gosstandart (Dövlət Standartları Komitəsi) tərəfindən müəyyən olunur.
Əsasən məişət qaz sayğacları üçün kalibrləmə intervalları 8 il və ya 10 il təşkil edir:
Sayğacın İstehsal Tarixi
Dövri Kalibrləmə İntervalı
2021-ci ildən əvvəl istehsal olunan - 8 il;
2021-ci ildən sonra istehsal olunan - 10 il;
Gəlin ölkəmizi İspaniya ilə müqaiyisə edək:
Ölkədə 11,5 milyon məişət, yəni əhali abonenti var. Əhali abonentlərinin istifadəsində hal-hazırda 70 faizində Çin istehsalı olan Zenner Atmos şirkətinin qaz sayğacları, 10 %-də Alman şirkəti olan Honeywel şirkətinin Elster markalı qaz sayğacları, 20 faizində Fransa və ABŞ birgə istehsalı olan İtron firmasının İTron markalı və Polşa istehsalı olan Metrix markalı qaz sayğacları var,
Şəbəkədə təqribən 7.5 milyon Zenner Atmos şirkətinə məxsus qaz sayğacı var bu sayğaclarda 2018 ci ildən bəri kütləvi surətdə quraşdırılmağa başlanılıb. İspaniyada dövrü yoxlama müddəti 10 il müddət nəzərdə tutulduğundan hələlik bu sayğacların əvəzlənməsi nəzərdə tutulmamışdır
İspaniyanın ən böyük təbii qazın satışını həyata keçirdən Endesa Energía şirkətinin rəhbəri olan José Damián Bogas Gálvez bu sayğacların quraşdırdıqdan sonra yalnız 1.8 % cıvarında zavod qusurlu olduğu üçün dərhal şirkətin özünə qaytarılıb.
İspaniyada qəbul olunan qazın itki faizləri isə 2020-ci ildə 1.7 % 2021-ci ildə 1.9 %, 2022-ci ildə 1.9 %, 2023-cü ildə, 2 %, 2024-cü ildə 1.8 % olmuşdur.
2018-ci ildən Azərbaycana gətirilmiş 2 milyondan bir qədər artıq Zenner Atmos firmasına məxsus qaz sayğaclarının artıq 800 mindən bir qədər artıq istismardan cıxarılıb və bir dənə olsun qaz sayğacı istehsalcıya qaytarılmayib.
Respublikamizda qaz itkiləri dayanmadan artmaqdadır, təksə 2025-ci ilin 7 ayı ərzində qəbul olunan qazın beş yüz qırx doqquz milyon üç yüz otuz üç min altı yüz otuz üç m3 qazı havaya ucurub, yəni yoxa cıxarılıb".
Məlumatda daha sonra deyilir ki, ölkədə qazın satışını həyata kecirdən SOCAR “Azəriqaz” İB 2025-ci ilin sentyabr-oktyabr ayında yeni əməliyyat modelinə keçiriləcək:
"Əvvəlki strukturda, məsələn, Quba Qaz Xidmət sahəsində - TQQ və SX, yəni, təbii qazın qəbulu və satışı xidməti və SQ və İX fəaliyyət göstərirdi, TQQ və SX-də 1 rəis, 3 mühəndis, 3 texnik , SQ və İX-ində 1 rəis, 3 mühəndis ştatları mövcud idi. Hazırda yeni əməliyyat modelində onları birləşdirərək "Sayğac əməliyyatları xidməti" altında fəaliyyət göstərəcək 1 rəis, 1 satış ürə mühəndis, 1 sayğac əvəzlənmə üzrə mühəndis olacaq. Eyni zamanda, Xacmaz regional İdarədə Kommersiya şöbəsində isə 6 mühəndis əvəzinə 19 mühəndis yeri artırılacaq.
Bu yeni əməliyyat modelinin tətbiqindən sonra "Azəriqaz"ın itkiləri mütəxəsislər tərəfindən 2 və 3 dəfə coxalacagi proqnozlaşdırirlar..."
Yazıyla rəsmi qurumların mövqeyini də əlavə etməyə hazırıq.
Samir MUSAYEV
MİA.AZ
Əbülfəs Qarayevin “qara siyahısı”: hotel, balıq, neft və skandal şirkətlər- SENSASİON FAKTLAR
Gürcüstan əcnəbilər üçün ölkəyə girişi çətinləşdirdi- Yeni QAYDA
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə müzakirə aparıb
İlham Əliyev Finlandiya prezidentinə məktub ünvanlayıb - MƏTN
Azərbaycan nefti 67 dollara qalxdı
Məşhur idmançıdan deputat Ülvi Quliyev şikayətləndi: "300 min pul qazananda deyirdilər ki..."
Problemləri ilə baş-başa qalan Salyan: "Baxan yoxdur" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
DÇ-2026: PÜŞK ATILDI, RƏQİBLƏR BƏLLİ OLDU
"Xəyalların rəngi" kitabının təqdimatı keçirilib - FOTOLAR
BP "Bakı-Supsa" və BTC-də operatorluğunu təhvil verir - Şirkət yayılan xəbəri təsdiqlədi
Qanunsuz tikilmiş obyektlər: necə sənədləşdirilməli? - Əmlak Komitəsi açıqlama yaydı
"Qalatasaray" - "Samsunspor" matçı: heyətlər bəlli oldu
UEFA "Fənərbağça"nın futbolçusunu cəzalandırıb
16 həkim barədə şok iddia yayıldı - Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı istintaq altında...
Bakıda "Yelobank"ı da olan Vahid Ələkbərovla Adnan Əhmədzadənin gizli əlaqəsi varmış...
Bakıda kafedə partlayış: 3 nəfər xəsarət alıb - VİDEO
İndi şans paketi al və Bakcell-dən avtomobil qazan!
Əkin sahələrində tikinti: necə aparılacaq? - Fərman + DETALLAR
Messidən DÇ-2026 ilə bağlı açıqlama: "Yenə qazanmaq istəyirəm"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyə kuboku: püşk atıldı - Qarşılaşmalar
Prezident daha bir sərəncam imzaladı, mərkəzə tapşırıq verildi
"Temu 1106" vətəndaşlara saxta iş təklifi göndərir - Xəbərdarlıq
Salyanda məktəbdə zəhərlənmə olub (YENİLƏNİB)
Məhkəmə Əli Kərimlinin şikayətinə "yox" dedi
DİN və AQTA-dan birgə əməliyyat: yararsız at əti aşkarlanıb
Elçin Əmirbəyov İsveçrədə növbəti görüş keçirib - Açıqlama
Beynəlxalq Bank sədrinin birinci müavini niyə vəzifədən getdi?
Putin Hindistanda: "Sizə fasiləsiz enerji ötürməyə hazırıq"
Saytlarda yaranan problemlərlə bağlı rəsmi - Açıqlama
"Qaçqınkom": "Müvafiq hüquqi addımlar atılacaq”
Deputatlar toplanır: daha hansı qanunlar dəyişir? - SİYAHI
Nizami rayonunda küçələr su altında: qurumlar isə yoxa çıxıb
SOCAR Dəməşq Hava Limanını yanacaqla təchiz edəcək
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilib (Yenilənib)
Suriyada yenidən döyüş başlayıb - Kürd silahlılarının snayperçiləri dronlarla zərərsizləşdirilir
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq