"Qalatasaray" Osimhen ilə 4 illik müqavilə imzalayıb

img

01-08-2025 [14:35]


"Qalatasaray" nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenlə 4 illik müqavilə imzalayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə açıqlama yayıb.

Açıqlamada deyilir: "Peşəkar futbolçu Viktor Ceyms Osimhenin transferi ilə bağlı SSCN Napoli SPA ilə razılıq əldə olunub. Futbolçunun keçmiş klubuna 75 milyon avro transfer haqqı ödəniləcək. Bundan əlavə, müqavilənin bir hissəsi olaraq oyunçunun sonrakı satışından əldə edilən gəlirin 10 faizi SSCN Napoli SPA-ya ödəniləcək. Futbolçu ilə 2025-2026-cı il mövsümündən qüvvədə olan 4 illik müqavilə imzalanıb."

"Qalatasaray"ın hücumçuya mövsüm başına 15 milyon avro maaş, 1 milyon avro bonus və 5 milyon avro imic haqqı ödəyəcəyi bildirilib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR