Baş Prokurorluqda kollegiya iclası - Kamran Əliyev tapşırıqlar verdi
24-07-2025 [15:58]
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.
Mia.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.
Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf edən 2025-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik ili” elan edilməsi hər birimiz üçün tarixi bir anlam kəsb etməkdədir.
Çıxış zamanı müasir Azərbaycanın banisi, görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyevin ölkəmizin hüquqi və demokratik dövlət olaraq formalaşmasındakı rolu və bu istiqamətdə uzaqgörənliklə atdığı qətiyyətli addımlar, həyata keçirdiyi hüquqi islahatlar, xüsusən müstəqil Azərbaycan Respublikası Konstitusiyasının hazırlanaraq qəbul edilməsi ilə bağlı göstərdiyi misilsiz xidmətlər vurğulanıb.
Bildirilib ki, son dövrlərdə dünyada müşahidə olunan geosiyasi gərginliklərə və ikili standartlara əsaslanan bir sıra beynəlxalq təzyiqlərə baxmayaraq Prezident cənab İlham Əliyevin rəhbərliyi altında cari ilin birinci yarımilində də ölkə iqtisadiyyatında davamlı inkişaf və müasir infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atılmış, siyasi və strateji tərəfdaşlıq sahəsində əlaqələrimiz daha da gücləndirilmişdir.
Bununla yanaşı, 2025-ci ilin birinci yarımilində də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, həmin ərazilərdə aparılan quruculuq işləri ölkə rəhbəri və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılmış, eyni zamanda yurdlarına geri qayıtmış vətəndaşların rifahının yaxşılaşdırılması və işlə təmini məqsədi ilə yeni istehsal müəssisələri açılmışdır.
Baş prokuror bildirib ki, 2025-ci ilin birinci yarımili prokurorluq orqanları üçün də əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, 2025-ci il may ayında Birləşmiş Millətlər Təşkilatının Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi – GlobE Network çərçivəsində 92 ölkədən 120-dən çox dövlət qurumunun 300-dən yuxarı nümayəndəsinin iştirakı ilə Altıncı Plenar İclas Bakı şəhərində keçirilmişdir.
Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü, bunun da nəticəsində qeydə alınan cinayətlərin sayında əhəmiyyətli azalmanın olduğunu bildirib.
Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 17049 cinayət qeydə alınmaqla onların 90,2 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 7477 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan 536-ı prokurorluq orqanlarında istintaq edilmişdir. Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.
Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunmuş, habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulmuşdur.
Qeyd edildi ki, cənab Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli Fərmanına uyğun olaraq istifadəyə verilmiş “Elektron prokurorluq” informasiya sisteminin texniki və funksional imkanları əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, bir sıra digər dövlət informasiya resursları ilə inteqrasiya təmin edilmişdir.
Hesabat dövründə ölkə rəhbərinin siyasi fəaliyyətinin əsas prioritet istiqamətlərindən biri olan korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizə xətti əvvəlki illərdə olduğu kimi ardıcıl şəkildə davam etdirilmişdir. Bu çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya xarakterli cinayətlərin və hüquqpozmaların daha geniş yayıldığı idarəetmə və xidmət sahələri müəyyən edilmiş, həmin əməlləri törətmiş vəzifəli şəxslər məhkəmə məsuliyyətinə verilmişdir. Eyni zamanda Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 10 şəxs cinayət başında yaxalanmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 59 cinayət işi başlanmışdır.
Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 39 şəxs barəsində 31 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, bunlardan 2 şəxs barəsində 2 iş qəsdən adam öldürmə faktları ilə bağlı olmuşdur. Həmçinin, 3 şəxs barəsində qiyabi icraat başlanaraq məhkəməyə göndərilməsi təmin edilmişdir.
Baş prokuror 2025-ci ilin birinci yarımilində qeydə alınmış qeyri-aşkar cinayətlərin açılmasında, habelə ictimai sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı prokurorluq orqanları ilə daxili işlər orqanları arasında səmərəli və koordinasiyalı fəaliyyəti xüsusi qeyd etmişdir.
Hesabat dövründə bütün instansiya məhkəmələri üzrə 11.170 şəxs barəsində 10.046 iş üzrə dövlət ittihamının müdafiəsi təmin olunmuş, prokurorluq orqanları tərəfindən 658 apellyasiya və 198 kassasiya protestləri verilmiş, 441 apellyasiya protesti və 49 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin yuxarı instansiya məhkəmələri tərəfindən aradan qaldırılması təmin olunmuşdur.
Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2024-cü ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətləri 21 vahid azalaraq törədilmiş 54 cinayətdən 53-nün açılması, bağlı qalmış 1 qəsdən adam öldürmə cinayət işinin isə cari ilin iyul ayında açılması təmin olunub.
Təəssüf hissi ilə qeyd edilmişdir ki, Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2025-ci ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 400 şəxs bu terrorun qurbanı olmuş, onlardan 70 nəfəri həlak olmuş, 330 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti almışdır.
Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 490 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.
2025-ci ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 1891 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə 2025-ci ilin birinci yarımilində daxil olmuş müraciətlərdən 14263 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2146 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb.
Kollegiya iclasında qeyd olunmuşdur ki, ötən yarımildə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində prokurorluq işçilərinin fəaliyyətində qanunsuzluqlara və etik davranış qaydalarına zidd hallara qarşı tələbkarlıq daha da artırılmış, bu məqsədlə aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 12 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 1-nə irad bildirilmiş, 7-nə töhmət və ya şiddətli töhmət elan edilmiş, 2 nəfər tutduğu vəzifədən azad olunmuş, 2 nəfər prokurorluq orqanlarından xaric edilmişdir.
Həmçinin diqqətə çatdırılmışdır ki, hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir tələblərə uyğun şəkildə təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, habelə nümunəvi fəaliyyətlərinə görə 132 prokurorluq işçisi həvəsləndirilmiş, 44 nəfər vəzifədə irəli çəkilmiş, eyni zamanda işə qəbul olunmaq istəyən şəxslər üçün ötən yarımildə 50 ştat vahidi üzrə 27-ci növbəti müsabiqə elan edilmişdir.
Hesabat dövründə azyaşlı uşaqların hüquqların müdafiəsi istiqamətində zəruri tədbirlər görülmüş, bu istiqamətdə valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia qaldırılmışdır.
Cari ilin birinci yarımilində prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.
Vurğulanıb ki, 2025-ci ilin birinci yarımilində də vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 13 şəhər və rayonunda 400-dən artıq vətəndaşın qəbulu həyata keçirilmişdir. Vətəndaşların müraciətlərində qaldırılan və birbaşa prokurorluq orqanlarının səlahiyyətlərinə aid məsələlərin qanunvericiliyə uyğun həllinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının rəhbərlərinə və müvafiq ərazi prokurorlarına konkret göstərişlər verilmişdir.
Kollegiya iclasında hesabat dövründə əldə olunmuş müsbət nəticələrlə yanaşı, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə mövcud çatışmazlıqlar da diqqət mərkəzində saxlanılmış, bu halların aradan qaldırılması məqsədilə Baş Prokurorluğun aidiyyəti struktur qurumların rəhbərlərinin iştirakı ilə geniş təhlillər aparılmışdır. İstintaq işi və ibtidai araşdırmalara prosessual rəhbərliyin təşkili, fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə bağlı fəaliyyətin səmərəli təşkili istiqamətində konkret və təxirəsalınmaz tədbirlərin görülməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə cinayətlərin qarşısının alınması üçün kompleks və məqsədyönlü tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır.
Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov, Heydər Məmmədov, Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov və Baş prokurorun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Bakı şəhər prokuroru Elşən Abbasov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Hacıqabul, Balakən rayon və Füzuli hərbi prokuroru hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev daim dövləti maraqların keşiyində mətinliklə durmuş, bu istiqamətdə qanunla üzərilərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirmiş prokurorluq əməkdaşlarının tarixi və mənəvi mahiyyət kəsb edən bu ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin uğurla davam etdirilməsi amalında xalqımızın və dövlətimizin maraq və mənafeyinə təhdid doğuran bütün neqativ hal və ünsürlərə münasibətdə qətiyyətli mövqe tutacaqlarına, qanunla səlahiyyətlərinə aid edilmiş bütün fəaliyyət istiqamətləri üzrə öz öhdəliklərini yüksək peşəkarlıqla icra edəcəklərinə əminliyini ifadə edib.
"Kocaelispor" 28 yaşlı sağ cinah müdafiəçisi ilə anlaşıb
"Atletiko Madrid" Devid Hankonu transfer edib
Viktor Qyökeres "Arsenal"a transfer olmağa yaxındır
TRAMPDAN QƏZƏBLİ XƏBƏRDARLIQ: "Artıq danışıqlar bitdi, geri çıəkildik, HƏMAS-ı ovlayacağıq" - Netanyahu və HƏMAS-dan açıqlamalar
DİN-də əməliyyat müşavirəsi: nazir Vilayət Eyvazov konkret tapşırıqlar verdi - FOTO
İkardi meydana nə vaxt dönür? - Tarix bəlli oldu
Arda Turan ilk maaşı ilə "prezident saatı" alıb - 60 min dollara
Suriyada daha bir toqquşma - PKK/YPG 11 hərbçini girov götürüb
Pirallahıda əməliyyat: keçmiş məhkum 42 kq narkotiklə qandallandı
Oleq Bakinski ilə bağlı qərar verildi - Sabiq nazir müavini isə...
"Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda - FOTOLAR
Hərbçilərin günvurmadan qorunması... - MN əlavə tədbirlər görür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi - FOTO
Hərbi pilotlar təlim-məşqdə - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Türkiyənin dörd bir yanında meşə yanğını var - İki şəhər "fəlakət bölgəsi" elan edilib
İSRAİL ƏRAZİSİNİ HƏRBİ GÜCLƏ BÖYÜDƏCƏK - Parlament ilhaqa səs verdi, nələr olacaq? (TƏHLİL)
Daha 232 nəqliyyat vasitəsi hərraca çıxarılıb
Əli Əsədov Somalinin XİN başçısı ilə görüşüb
İran rəsmiləri ilə Avropa ölkələri heyəti arasında görüş olub - İstanbulda (Yenilənib)
Putin və Tramp İstanbulda görüşəcək? - Ərdoğandan açıqlama
ABŞ Ukraynaya hərbi yardım göndərir - 330 milyon dollarlıq
"Aktyor Allahverdi Yolçuyevə müvafiq dəstək göstərilib"
Əkrəm İmamoğlu həbsdən xəstəxanaya aparılıb - "Zülmü unutmayacağıq"
İsrail Qəzzanı yenə vurub - Ölənlər var
Şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik təsdiqləndi - DETALLAR
Tramp "TikTok"ı yenə hədələdi: "Satış təsdiqlənməsə..."
"Karvan" daha bir futbolçu ilə anlaşıb
Ağdam və Xocavəndin kəndlərində yanğın başlayıb
Andrea Pirlonun yeni ünvanı bəlli oldu
Arif Babayevin oğlu: "Bu gün bir az irəliləyiş var, çox sevinmişik"
Əli Əsədov yeni qərar imzalayıb
Sabah hava necə olacaq? - Proqnoz
Avropa Liqası: İkinci təsnifat mərhələsinin ilk oyunları keçirilib
Onlar fərdi jurnalist müsabiqəsinin qalibləri elan olundu - SİYAHI
Arif Babayevin son vəziyyəti açıqlanıb
Dövlət Xidməti daha 14 xidməti maşın alır - Bir ədədi 56500 manata
Təhsil haqları artırılacaq? - Açıqlama
Nazir və komitə sədrləri.. - Onların avqust ayı üzrə qəbul GÜNLƏRİ
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı: açılış + FOTOLAR
Arda Turan: "Turu keçdiyimizi demək olmaz"
Ağdamın kəndi ilə Cəbrayıla növbəti köç olub
Goranboyda dəhşətli qətl: oğul anası ilə nənəsini öldürüb
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb