"Əl Sədd" Roberto Firmino ilə müqavilə imzalayıb

img

24-07-2025 [12:47]


Qətərin "Əl Sədd" futbol klubu 33 yaşlı braziliyalı hücumçu Roberto Firmino ilə anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib.

Bildirilib ki, futbolçu ilə artıq müqavilə imzalanıb: "Biz Səudiyyə Ərəbistanının “Əl Əhli” komandasının braziliyalı hücumçusu Roberto Firmino ilə 2027-ci ilə qədər qüvvədə olan iki illik müqaviləni imzaladıq...”

Qeyd edək ki, 2023-cü ilin yayında İngiltərənin "Liverpul" klubundan "Əl Əhli"yə keçən braziliyalı hücumçu Səudiyyə Ərəbistanı yığmasının heyətində 65 oyuna çıxıb və 21 qol vurub.

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR