Ərdoğan üç naziri yola salır - Kürəkəni yenidən nazir təyin ediilir

img

18-07-2025 [18:19]


Türkiyə prezidenti Ərdoğan hökumətin üç üzvünü yola salmağa hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ticarət naziri Ömər Bolat, gənclər və idman naziri Osman Aşkın Bak, Əmək və Sosial Müdafiə naziri Vedat Işıkhanın bu günlərdə vəzifələrindən azad olunacağı iddia olunur.

Türkiyə mediası yazır ki, Ərdoğanın onların yerinə namizədləri də hazır vəziyyətdə gözləyirlər: "Onlardan biri sabiq xəzinə və maliyyə naziri olan kürəkəni Berat Albayrakdır. Digərləri isə keçmiş Kənd Təsərrüfatı naziri Mehdi Eker və sabiq daxili işlər naziri Efkan Aladır".

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA