"Adam söyüş söyür..." - Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: "Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da..."

img

11-07-2025 [16:00]


Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Ruhiyyə Əliyevanın (Putinin tələbə yoldaşı İlham Rəhimovun xanımı) müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişində keçmiş həmkarı Tofiq Zülfüqarovla bağlı suala cavabında dedikləri diqqət çəkib.

"Əgər adam mənim xoşuma gəlmirsə, mən onu nə danışdırır, nə də yada salıram. Adam söyüş söyür, tənqid edirsə, öz mədəniyyətini göstərir",- deyə Elmar Məmmədyarov Tofiq Zülfüqarov haqqında bildirib.

Mia.az-ın məlumatına görə, Modern.az məsələ ilə əlaqədar eks-nazir Tofiq Zülfüqarovun mövqeyini öyrənib.

T.Zülfüqarov bildirib ki, o heç vaxt Elmar Məmmədyarovun ünvanına söyüş söyməyib: “Mən bu mövzuya qayıtmaq istəmirəm. Onun barəsində fikirlərimi kifayət qədər açıq şəkildə demişəm. Doğrusu, mənim yadıma düşmür ki, nə vaxtsa ya mən onu söyüm, ya da o, məni... Belə şey görməmişəm. Mən istəmirəm bu suallara fikir verək. Kim nə deyir desin, mənim üçün əhəmiyyət kəsb etmir".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:42 11.07.2025

Natiq Xankişiyev tutulub