Rusiyada miqrantların uşaqları üçün yeni problem... - Yekaterinburqda əcnəbi uşaqlar birinci sinfə qəbul edilmir
08-07-2025 [00:08]
Rusiyada Yekaterinburq şəhərində azərbaycanlılara qarşı zorakılıq hallarının ardından Azərbaycanda dövlət hesabına rusdilli təhsilin ləğvi ilə bağlı çağırışlar səslənməyə başlayıb.
Mia.az xəbər verir ki, təhsil ekspertləri, həmçinin ziyalılar rus dilində orta təhsilin və tələbələrin rus dilində ali təhsil almasının əleyhinə çıxıblar. Təklif olunub ki, məktəblərdə dövlət hesabına rus dilində təhsil birdəfəlik ləğv edilsin, ali məktəblərdə isə mərhələli şəkildə rus bölmələri bağlansın.
Elm və Təhsil Nazirliyi məsələyə münasibət bildirib və qeyd olunub ki, belə bir qərar hazırda müzakirə mövzusu deyil.
Yeri gəlmişkən, hazırda Azərbaycanda 2025-ci tədris ili üzrə ümumtəhsil müəssisələrində 1 619 335 şagird təhsil alır və onlardan təxminən 100 mini rus bölməsinin payına düşür. Bu rəqəm ümumi şagird sayının 6,18 faizini təşkil edir.
Əslində diqqətiçəkən rəqəmdi. Çünki Azərbaycanda yaşayan etnik rusların sayı təxminən 71 min nəfərdir. Yən, rus bölməsində oxuyanların əksəriyyəti etnik ruslar yox, bizim azərbaycanlı uşaqlardı. Ölkədə rus dilində tədris aparan 17 məktəb var, amma 340 ümumi təhsil müəssisəsində də rus bölməsi mövcuddur.
Maraqlıdı, Rusiyada təxminən 3 milyona yaxın azərbaycanlı yaşasa da, indiyə qədər Rusiya Federasiyası ərazisində bizim dildə məktəb açılmayıb. Ekspertlər bildirir ki, bu, icma və diaspora səviyyəsində işin zəif təşkili ilə əlaqədardı. Amma eyni zamanda, bunu Rusiyanın dil siyasətində, milli azlıqlar üçün hüquqi mexanizmlərin tətbiqində çatışmazlıqlar ilə əlaqələndirirlər.
Rus dilində dövlət təhsilini ölkəmizin milli azlıqlara münasibətdə tolerant və liberal yanaşması kimi qəbul edirik. Hesab edirik ki, rus dili habelə regiondaxili və beynəlxalq kommunikasiyada önəmlidi.
Rusiyada etnik azlıqlara münasibətdə tamamilə fərqli siyasətin mövcud olduğuna təzəlikcə bir daha əmin olduq.
Rusiyanın Elm və Təhsil Nazirliyinin yeni qərarına görə, bundan sonra Rusiyada entik azlıqların uşaqları rus dili üzrə imtahan verərək birinci sinfə qəbul olunacaqlar. İmtahandan keçməyən uşaqlar yeni dərs ilinin başlamasına (1 sentyabr) 15 gün qalana qədər ikinci dəfə imtahan şansı əldə edəcək. İmtahan verə bilməyənlər dövlət təhsilindən kənarda qalacaq.
Yekaterinburq şəhər meriyası artıq miqrantların birinci sinfə qəbul ediləcək uşaqlarını rus dili üzrə imtahana cəlb edib. 66 uşağın iştirak etdiyi imtahanı cəmi 13 nəfər keçərək birinci sinfə qəbul olub. Avqustun 15-də imtahandan kəsilən uşaqlar yenidən test verəcəklər. Hazırda valideynlər böyük həyəcan və təşviş içində uşaqlarını ikinci imtahana hazırlaşdırır.
Yeri gəlmişkən, birinci sinfə qəbul ediləcək uşaqlar rus dili üzrə şifahi testlərə cəlb olunub: onlar danışıq, dinləmə, leksika və qrammatika üzrə dil biliyini və vərdişlərini nümayiş etdirib. Yuxarı siniflərə qəbul istəyən miqrant uşaqları isə həm şifahi, həm də yazılı imtahan verib.
Zülfiyyə Mustafayeva
MİA.AZ
"Fənərbaxça" PSJ-dən oyunçu aldı
Qəzzada daha 58 fələstinli ölüb - Biri HƏMAS-ın sözçüsü olub
Deputatların maaş artımı İndoneziyanı qarışdırdı - Bəzi deputatların evləri yağmalandı, dövlət başçısı Çinə gedə bilmədi
"Qalatasaray" müdafiəçini icarəyə verdi - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çində "ayaqüstü diplomatiya"... - Elxan Şahinoğlu yazır
Aparıcı Kamilə Babayeva belə dəyişdi - VİDEO
Ağcabədi sakinini bıçaqlayan şəxs tutulub
İlham Əliyev Çində görüşlər keçirdi - FOTOLAR (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Sadır Japarova məktub göndərib - MƏTN
Prezident İlham Əliyev Malayziyanın Kralına məktub ünvanlayıb
Ərdoğan Çində - FOTO
Prezident İlham Əliyevin Çin lideri ilə görüşü olub - Nər müzakirə edilib? (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
Baş İdarə rəisi vəzifədən azad olunub - Gömrükdə daha bir dəyişiklik
Bakıda kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli oldu
Prezident İlham Əliyev Çində - FOTOLAR
Prezident yaxınlarına vəzifə verən başçını cəzalandırdı - Bəs Zaur Mikayılovu nə gözləyir?
Ukraynalı deputat güllələnib
Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşaq... - Meyit qalıqları ekshumasiya edilib
Sabah hava necə olacaq? - Proqnoz
Şüvəlanda yeni ictimai çimərliklər yaradılıb
Lerikdə əməliyyat: Sərdar Baxşıyev saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mikayıl Cabbarova yeni müşavir təyin olunub
“İş olan yerdə nöqsan da olur" - Töhmət alan icra başçısı danışdı
İCRA BAŞÇISI NİYƏ TÖHMƏT ALDI? - Özüylə rayona 5 nəfər aparıb və...
General Bəxtiyar Ersayın yerinə təyinat olub
Bako Sahakyanın ibtidai istintaqa ifadəsi yayıldı - Məhkəmə prosesi
MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb
Gənclər Liqası və U-17 Liqada 2025/2026 mövsümünün püşkü atılıb
Ölkəmizdə saxlanılan Özbəkistan vətəndaşı ölkəsinə təhvil verilib
Şəbnəm Tovuzlu və aparıcı Rusiyaya buraxılmadı - 6 saat sonra geri qaytarıldılar (VİDEO)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Hellas Verona" heyətini gücləndirib
ANKLAV ƏRAZİLƏRİN GƏLƏCƏYİ NECƏ OLACAQ? - Bakı ilə Yerevanın həllini gözləyən daha bir mühüm məsələsi var (TƏHLİL)
Sergen Yalçın 7 oyunçunun göndərilməsini istəyir
İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı sərəncam imzalayıb