Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...
28-06-2025 [17:05]
Rusiyanın Yekaterinburq şəhərində polisin və xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib və saxlanan şəxslərdən 2 nəfər – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib.
Mia.az bildirir ki, qətlə yetirilənlər həmkarımız, “525-ci qəzet”in əməkdaşı Seyfəddin Hüseynlinin qardaşlarıdı.
Həmkarımıza başsağlığı diləyirik.
Rusiya güc strukturları artıq hadisəyə “ürək infarktı” donu geyindirib. Öldürülən şəxslərin də cinayətin iştirakçısı olduğunu iddia edib. Həmkarımızsa bildirir ki, onun qardaşları əməliyyat zamanı işgəncə ilə dünyasını dəyişib.
Ümimiyyətlə, bu, Sverdlovsk vilayətində azərbaycanlılara qarşı keçirilən ilk əməliyyat deyil. Əsasən qafqazlıların, o cümlədən azərbaycanlıların çoxluq təşkil etdiyi bu vilayətin müxtəlif şəhərlərində Rusiya polisi mütəmadi olaraq onlara qarşı kütləvi həbslər keçirir. Səbəb kimi bəzən “millətlərarası münaqişə” göstərilir. Amma bu, heç də belə bəsit deyil. Düzdü, həmin vilayətdə gürcülər çoxluq təşkil edir, amma onların azərbaycanlılarla prinsipial anlaşması mövcuddur. Məsələn, “Taqanroqskiy Ryad” deyilən meyvə-tərəvəz topdansatış bazasında gürcülər və azərbaycanlılar illərdi, birlikdə çalışır.
Rəsmi Bakı artıq etirazını bildirib. Əməliyyatın xüsusi amansızlıqla keçirildiyi vurğulanıb.
Bir tərəfdən əməliyyatın 2001-ci ildə baş verən cinayətə görə arxiv materiallarının yenilənməsi əsasında həyata keçirlildiyi bildirilsə də, bu xeyli şübhəli görünür. Bəzi mənbələr həmin hadisəyə Azərbaycan diasporasının da qarışdığını qeyd edir.
Yeri gəlmişkən, azərbaycanlıların icması olan “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinskinin sözlərinə görə, onun hadisədən xəbəri yoxdu.
“Məni heç kim saxlamayıb”, - deyə icma rəhbəri Rusiya mətbuatına bildirib.
Amma təbii ki, səni saxlamayıblarsa, bu işə aidiyyatın olmasa da, heç olmasa, həmvətənlərinin başına gələnlərlə maraqlanmaq vicdan borcu deyildimi, sizcə? Bu, nəyin rahatlığıdı, siz Allah?
O boyda hadisədən sonra “məni saxlamayıblar”, - deyən adamın da “icma” pərdəsi altında orada yalnız başını girlədiyini düşünə bilərəm yalnız.
Xüsusilə nəzərə alsaq ki, artıq illərdi, azərbaycanlılar bu vilayətdə vaxtaşırı təzyiqlərə məruz qalır, zənnimcə, Azərbaycan diasporasının, icmaların, nüfuz sahibi olan azərbaycanlıların vəziyyətə əl gəzdirməsinə ehtiyac var. Məsələn, 2008-ci ildə Yekaterinburqda 4 saylı meyvə-tərəvəz topdansatış məntəqəsində azərbaycanlı işçi vəhşicəsinə döyülmüşdü və onda da polis və OMON hadisəyə etiraz edən 200-ə yaxın soydaşımızın “Zavokzalnıy preuqol” deyilən ərazidəki yığıncağını dağıtmışdı. 2019-cu ildə Nijnie Serqi qəsəbəsində yerli sakininin barda kütləvi dava nəticəsində həlak olmasına görə şəhərə OMON yeridilmiş və azərbaycanlılar kütləvi şəkildə saxlanılmışdı. Sonradan ekspertiza şəxsin ürək tutmasından öldüyünü müəyyənləşdirmiş və azərbaycanlılar azad edilmişdi. Həmçinin məlum olmuşdu ki, ölən şəxs barda elə öz rus həmkəndlisi və qonşusu ilə birlikdə olub. Amma bu sübutlar toplanana qədər soydaşlarımız günlərlə polisin saxlanma yerlərində fiziki və psixioloji işgəncəyə məruz qalmışdı.
Yeri gəlmişkən, Sverdlovsk vilayətində Azərbaycanın baş konsulluğu var.
Bir az da bu qurumdan, daha doğrusu, soydaşlarımızın ümidini doğrultmayan diplomatlarımızın fəaliyyətindən danışaq.
Rusiya ərazisində Moskva və Sankt-Peterburqdan sonra sayca üçüncü olan, 2010-cu ildə təntənəli şəkildə açılan həmin konsulluq Uralın paytaxtı olan Yekaterinburqda yerləşsə də, Sibirdən Uzaq Şərqə qədər böyük bir ərazinin əhatəsində azərbaycanlıların marağını qorumağa və xidmət etməyə mükələfiyyətli olan bir qurum əhəmiyyətini daşıyır.
Bu arada demək lazımdı ki, bizim azərbaycanlılar bu vilayətin bütün mədəni-kütləvi tədbirlərində fəal iştirak edir. Yekaterinburqda Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Hələ 2009-cu ildə şəhərdə Azərbaycan Mədəniyyət günləri təşkil edilib. 2024-cü ildə Nizami Gəncəvinin büstü qoyulub. Bu ilin iyun ayının 25-də isə tanınmış rəssam Mirzə Məmmədovun sərgisi təşkil edilib.
Azərbaycanlılar vilayətin müxtılif şəhərlərində yaşayır, əsasən, meyvə-tərəvəz biznesində çalışır, topdansatış bazalarında yerli qurumlarla fəal əməkdaşlıq edir. Hələ pandemiya dönəmində sərhədlərin bağlı olduğu çətin durumlarda azərbaycanlılar topdansatış bazalarında kənd təsərrüfatı məhsullarının fasiləsiz satışını uğurla təşkil etmiş və onda yerli icra strukturları bu fəaliyyəti ictimai olaraq təqdir etmişdilər.
Azərbaycanlılar vilayətdə ailəvi olaraq yaşayır, işləyir, onların övladları yerli təhsil müəssisələrində uğurlu nəticələr qazanır.
Bəs bütün bunların fonunda vilayətin hüquq-mühafizə orqanlarının azərbaycanlılara bitməyən qərəzinin səbəbi nədir?
Milli zəmində münaqişələrmi? Xeyr. Bizimkilərin öz arasında prinsipial düşmənçilik yoxdu.
Başqa millətlərlə yola getmirik? Xeyr. O da deyil. Yuxarıda qeyd etdiyim kimi, vilayətin qafqazlı olaraq üstünlük təşkil edən miqrantları gürcülərdi və onların da bizimkilərlə ortaq biznes marağı var: elə qabarıq çəkişmələr olmur aralarında.
Onda geriyə cəmi bir səbəb qalır: yerli polisin, xüsusi xidmət orqanlarının təzyiqi və bu da bilirsiniz ki, əgər bu epizodik olaraq mövcud deyilsə və sistemli formada baş verirsə, deməli əmr yuxarıdan gəlir.
Onda niyə bizim konsulluq bu xüsusda üzərinə düşən vəzifələri yerinə yetirmir? Bu vəziyyətin səbəbləri araşdırılmır? Lazımi addımlar atılmır? Yerli qurumlarla əməkdaşlıq edilmir? Konsulluq təkcə sənəd işləri üçün yaradılan qurum deyil ki. Bizim araşdırmada ortaya çıxan görüntü odu ki, konsulluq heç sənəd işlərinə dair vəzifələrini də yerinə yetirə bilməyib bu neçə ildə. Birbaşa vəzifələrində uğursuz olan konsulluğun soydaşlarımızın marağının qorunması sahəsindəki fəaliyyətindən danışmağa dəyərmi sizsə?
Əslində böyük təntənə ilə açılan konsulluğun fəaliyyətinin əsas hissəsinə məhz yerli qurumlarla uğurlu əməkdaşlığın təşkil edilməsi daxil olmalıydı. Hələ konsulluq açılanda Sultan Qasımov demişdi ki, onlar vilayətin yerli orqanları, o cümlədən Ombudsmanla əməkdaşlıq edəcəklər. Bəs hanı bu əməkdaşlığın nəticəsi?
Vilayətdə yaşayan soydaşlarımızın konsulluğun rəsmi səhifəsinə yazdığı şikayətlərə baxıram indi. Sizinçün də çəkmişəm. Baxın. Sadəcə, biabırçılıq. Bu qədər şikayət olar? Konsulluq öz soydaşlarına beləmi xidmət edir, marağını qoruyur?
Bundan sonra azərbaycanlıların başına gələnlərə təəccüb etməyək. Çünki orada “yiyəsiz” qalıblar, deyə bilərik.
Bütün bunları aşkara çıxarandan sonra “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinskinin də dünənki məşum hadisəyə münasibətdə dediyi sözlərindəki rahatlığı anlayırsan. Dövlətin diplomatları yerində tapılmırsa, zənğlərə cavab vermirsə, azərbaycanlılar sənəd üçün saatlarla konsulluğun qarşısında soyuqda ac-susuz, ayaq üstə qalırsa, onda icma rəhbərinə hələ şükür. Ən azından ağzını açıb iki kəlmə söz deyib.
Rusiya polisinin arxivdən çıxardığı ölüm işinə gəlirsə, hadisə 2001-ci ildə baş verib, bir azərbaycanlı ticarətçi öldürülüb. Əgər indi arxiv materialı araşdırma üçün yenilənirsə, belə çıxır ki, yeni epizodlar var?
Dünən Yekaterinqburqda bizimkilərə məxsus “Baku Plaza”da da axtarış aparılıb. Ümumiyyətlə, 50-yə yaxın azərbaycanlının saxlanıldığı və sonra onlardan bir qisminin azad edildiyi bildirilir. Sual olunur: əgər işdə yeni epizodlar varsa, niyə araşdırma konkret şəxslərin üzərində yox, random şəkildə aparılıb? Belə kütləvi hücum yalnız hadisənin isti izlərlə açılması zərurəti zamanı təşkil edilir. Arxivdə olan işdə yeni nüanslar varsa, bu, niyə konkret həbslər və ittihamlarla müşayiət olunmayıb?
Ümumiyyətlə, hadisə ilə bağlı bəzi yeni məlumatlar mediaya sızıb. Bu gün Rusiya mətbuatı yazıb ki, öldürülən qardaşlar əslində cinayətdə ittiham ediliblər. Onların həbsi zamanı güc tətbiq edilməyib və guya qardaşlar ürəktutma (infarkt) nəticəsində vəfat edib. Guya bunu ailə yaxını olan şəxs mediaya deyib: “OMON içəri girəndə o, ürəyini tutub yıxıldı, təcili yardım çağırdılar, ürək massajı etdilər, amma bir faydası olmadı. Adam yaşlı idi”.
Bunu sübuta yetirməkçün ekspertiza lazımdı. Amma müsəlman qaydalarına görə, vəfat edən şəxsin nəşinin tez bir zamanda basdırılması vacibdi. Ailənin belə vəziyyətdə lazımi ekspertiza tələbi edə bilməyəcəyini də ruslar deyəsən, çox yaxşı hesablayıblar.
Zülfiyyə Mustafayeva
Mia.az
Binəqədidə kanalzasiya quyusuna düşən şəxsin meyiti Hövsanda tapıldı.... - VİDEO (YENİLƏNİB)
Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...
Ulduzların çimərlikdəki futbolu bu gün də davam edir
Anar Ələkbərov yeni vəzifəyə seçilib - Açıqlama
Nadir İsrafilov bu gün vəfat edib
Rusiya polisindən azərbaycanlılara qarşı vəhşi hücum... - Rus diplomat XİN-ə çağırıldı
Rəsmi Bakı Rusiyada azərbaycanlıların evində öldürülməsi və həbslərinə etiraz etdi: "Bu qəbuledilməz zorakılıq..." - BƏYANAT
Şirak Yeparxiyasının rəhbəri həbs edilib - Çevriliş ittihamı ilə
“Qarabağ” klubu ətrafında müəmma: Ağdama köçmə, namaz qalmaqalı və ya İmarət stadionunun fonunda şəkil çəkdirmək tamaşası...
XİN İran səfirindən təkzib tələb edir: "Ərazimiz hər hansı dövlət tərəfindən istifadə olunmayıb"
Azərbaycan nefti bir dollara yaxın qalxdı
"AZƏRİQAZ"IN KABİNETDƏ ŞTAT YAZAN DİBÇƏK MƏMURLARI... - Bir şöbəyə 15, digərinə 8, vacib şöbəyə isə bir mühəndis...
Qaxda zəlzələ olub - 3.3 bal gücündə
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
Təhsildə sertifikasiya fırıldağı: elə bir sistem qurublar ki... - Kamran Əsədov yazır
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: "Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar"
DİREKTOR VƏ MÜAVİNİ MAŞINLARINI KİMƏ YUDURDUR? - Bakı məktəbində rüsvayçılıq + RƏSMİ REAKSİYA
Narkotik maddələr satan ata və oğlu tutulub
Kəlbəcərdə yük maşını çaya aşıb - Sürücü ölüb
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
Bakıda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevdən Ordu Günü ilə bağlı paylaşım - FOTO
Məhərrəm ayı başlayıb
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Muxtar Babayevin statusu müəyyənləşdi
Bakıda kassadan 34 600 manat pul oğurlayan şəxs saxlanılıb
BU RAYONLARA PROKUROR TƏYİNATI OLDU - Siyahı (YENİLƏNİB)