AZAL nə qədər xərcləyir, nə qədər qazanır?- Milyonlarla dövlət vəsaiti alan şirkətin qapalı hesabatı
23-06-2025 [13:57]
Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL – “Azərbaycan Hava Yolları” QSC, 2025-ci ilin ilk aylarında həm mənfəəti, həm də maliyyə çevikliyini qorumağı bacarıb. Lakin bu müsbət göstəricilərə baxmayaraq, qurumun maliyyə hesabatları və şəffaflıq standartları ilə bağlı bəzi suallar açıq qalır.
Dövlətin azalan dəstəyi
AzPost bildirir ki, rəsmi məlumatlara əsasən, 2022-ci ildə AZAL-a 108,8 milyon manat, 2021-ci ildə isə 98,9 milyon manat dövlət subsidiyası ayrılıb. Lakin 2025-ci ilin birinci rübündə bu məbləğ kəskin şəkildə azalıb – cəmi 21,24 milyon manat, yəni əvvəlki illə müqayisədə təxminən 80 faiz azalma baş verib. Dövlət dotasiyalarındakı bu azalma ilk baxışdan AZAL-ın daha az asılılıqla fəaliyyət göstərdiyini göstərsə də, bu dəyişikliklərin struktur səbəbləri ictimaiyyətə izah olunmayıb.
Mənfəət artır, amma xərclər də sürətlə böyüyür
2025-ci ilin birinci rübündə AZAL-ın xalis mənfəəti 117,7 milyon manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artım deməkdir. Əməliyyat gəlirləri 1 milyard 473 milyon manat, xərcləri isə 1 milyard 177 milyon manat təşkil edib.
Bununla belə, xərclər də nəzərəçarpacaq dərəcədə artıb. Əməliyyat xərcləri ötən ilə nisbətən 13,1 faiz artaraq, maliyyə xərcləri isə 57,6 faiz yüksələrək 161 milyon manata çatıb. Üstəlik, şirkət 11,2 milyon manat valyuta itkisi ilə də üzləşib.
Bu göstəricilər şirkətin genişlənən fəaliyyəti ilə bağlı olsa da, maliyyə sabitliyinə təsir edə biləcək xərclərin artım tempi narahatlıq doğurur.
Yeni təyyarələr – sərmayə, yoxsa yük?
AZAL təyyarə parkını yeniləmək üçün A320neo və Boeing 787 kimi müasir təyyarələrin alınmasına davam edir. Bu addımlar uzunmüddətli baxışla sərnişin keyfiyyətini və ekoloji effektivliyi artırmağa yönəlsə də, bu təyyarələrin alınma və istismar xərcləri ictimaiyyətə təqdim olunmur. Əldə olan rəsmi hesabatlara əsasən, AZAL-ın ümumi aktivləri 2,64 milyard manat səviyyəsinə çatıb.
Lakin belə iri investisiya layihələrinin iqtisadi səmərəliliyi və gəlirlilik analizi barədə ictimai məlumat azlığı şəffaflıq prinsipinə ziddir.
İctimai vəsait hara və necə yönəldilir?
Hər il milyonlarla dövlət vəsaiti ayrılan bir qurumun maliyyə hesabatlarının tam və açıq şəkildə təqdim olunmaması tənqid doğurur. AZAL rəsmi olaraq yalnız 2023-cü ilə qədərki audit olunmuş hesabatları təqdim edib, cari ilin hesabatları isə ancaq parçalayıcı şəkildə mediaya ötürülür.
Bundan əlavə, bəzi şikayətlərə görə, AZAL-ın uçuş xidməti, yük siyasəti və təhlükəsizlik tədbirləri ilə bağlı sərnişin məmnuniyyəti tam təmin olunmur. Sosial şəbəkələrdə və beynəlxalq forumlarda bununla bağlı tənqidi fikirlər yer alır.
Ekspertlər hesab edir ki, dövlət subsidiyaları ilə maliyyələşən hər bir qurum şəffaflıq öhdəliyi daşımalıdır. Həmçinin AZAL ictimai vəsaitin hansı istiqamətlərə xərcləndiyini, hansı nəticələr doğurduğunu aydın izah etməlidir. O da bildirirlir ki, təyyarə parkının genişlənməsi və xərclərin artımı ilə bağlı iqtisadi əsaslandırma və nəticə qiymətləndirmələri paylaşılmalıdır. Eyni zamanda əldə edilən mənfəətin hansı məqsədlərlə istifadə olunacağı barədə də ictimaiyyət məlumatlandırılmalıdır/azpost.
72500 manat borcu var, lakin... - İnstitut 7.8 milyon manatlıq tenderin qalibi oldu
"Sürüşmə təhlükəsi var" - Yol polisi sürücülərə xəbərdarlıq edib
Türkiyədə iqtidar partiyasının qərargahına hücum olub - Açıqlama
Azərbaycan nefti cüzi bahalaşdı
Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... - TƏHLİL
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır - Ona zərbəni kim endirib? (YENİLƏNİB)
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də + FOTOLAR
Günəşdə ard-arda 4 partlama olub - Nələr gözlənilir?
SpaceX və xAI birləşir: süni intellekt orbitə daşınır - Dünya inanılmaz, ancaq gerçək dəyişikliklərə hazırlanır
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi