İran Hörmüz boğazını bağlayır - Dünyada neftin qiymətinin sürətlə qalxması gözlənilir

img

22-06-2025 [18:10]


İran parlamenti bu gün dünya neft tranzitinin 20 faizdən çoxunun həyata keçirildiyi Hörmüz boğazının bağlanmasına qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərar İranın Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqləndikdən dərhal sonra qüvvəyə minəcək.

Məlumatda deyilir ki, bu, ABŞ-ın və İsrailin ölkəyə hücumu ilə bağlıdır.

Xatırladaq ki, Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir. Boğazın şimalında İran, cənubunda isə Oman və BƏƏ yerləşir. Bu boğazadan ən çox neft tədarükünü isə Çin həyata keçirir.

Əgər bu qərar qüvvəyə minərsə, o zaman dünya bazarında neftin qiyməti sıçrayış qazanacaq.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR