"Bu "mədəni, savadlı" adamlar öz dilləri ilə pula işlədiklərini deyirlər" - Könül Aydın yazır

img

21-06-2025 [11:30]


Könüll AYDIN

***

Sertifikatlaşdırma imtahanı tam ümumi təhsil buraxılış imtahanından çətin olmamalıdır. Düşünürəm ki, Azərbaycan dili və ədəbiyyat müəllimləri abituriyentlər qədər olmadılar ki, kütləvi olaraq imtahan suallarına etiraz var?

Bu qədər etirazın qarşısında "mətanət"lə dayanıb sualları üzə çıxarmamaq da səbir istəyir.

ETN nümayəndəsinin sözü yadıma düşdü: "Azərbaycan dili məhv olacaq".

Həqiqətənmi, məqsəd budur?

Yeri gəlmişkən, müəllimlərin çoxu builki imtahanı fənnə yönəlmiş təxribat kimi dəyərləndirir...

Keçən il mən həyəcan təbili çalanda, düşünən olmadı ki, mövqeyi, vəzifəsi, pis-yaxşı nüfuzu olan Könulün dərdi nədir.

Məhz bu idi: hiss edirdim ki, təhsilimiz xalqla üz-üzə durub. Onu idarə edənlər sanki millətə düşməndirlər. Birmənalı!

Bilirsiniz, necə mövqe göstərirlər? Siz savadsızsınız, biz sizi öyrədəcəyik. Siz mədəniyyətsizsiniz, biz sizi tərbiyə edəcəyik.

Çox alçaldıcı münasibət bəsləyirlər, halbuki özləri idarəçiliyə belə layiq deyillər. Savaddan isə söhbət gedə bilməz. Və bu "mədəni, savadlı" adamlar öz dilləri ilə pula işlədiklərini deyirlər. Mənim mövqeyim isə belədir ki, mədəni, savadlı adam xalqın mənafeyini pula satmaz, vəzifəsindən sui istifadə etməz.

Bu gecə yuxuda gördüm ki, ARTİ-nin direktorunu və digərlərini işdən çıxarırlar. Çin olsun?!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR