Mia.az-ın əməkdaşı media müsabiqəsinin mükafatçısı oldu - FOTO
13-06-2025 [09:04]
Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri dünən mükafatlandırılıb.
Mia.az-ın məlumata görə, müsabiqə qaliblərinin arasında mia.az saytının əməkdaşı Zülfiyyə Mustafayeva da var. O, 2-ci yerin qalibi olaraq diplom və pul mükafatı ilə təltif edilib.
Əməkdaşımızın yazısı şəbəkə ticarətinin ərzaq təhlükəsizliyinin təmin edilməsində yerini və rolunu, ölkəmizin bu sahədə həyata keçirdiyi strateji siyasəti, beynəlxalq təcrübəni, ticarət şəbəkələrinin kiçik və orta sahibkarlığın inkişafına verdiyi dəstəyi, həmçinin şəbəkə marketlərinin fəaliyyətində qarşıya çıxan nöqsanları, bunlardan çıxış yollarına dair təklifləri özündə əks etdirib.
Əməkdaşımızın bildirdiyinə görə, o, uzun illərdən sonra ilk dəfə müsabiqədə iştirak edib və obyektiv, qərəzsiz qiymətləndirmə üçün təşkilatçılara təşəkkürünü bildirir: “Az qala 20 il vardı ki, mən belə müsabiqələrdən özümü uzaq tuturdum. Ona görə yox ki, kimdənsə, nədənsə küsmüşdüm. Sadəcə, səhhətim imkan vermirdi ki, ürəyim istəyən zaman yazı-pozuya vaxt ayırım. Bu müsabiqə elanı təsadüfən qarşıma çıxdı. Qalib gəlmək niyyəti tutmadan yazdım. Düzdü, ticarət şəbəkələrinin fəaliyyətinə dair mövzu ara-sıra gündəmimizdə olurdu. Amma bu sahədə ilk dəfə idi ki, geniş araşdırma aparmaq təklif edilirdi. Jurnalist araşdırması indi mediada çox az-az qabağımıza çıxır. Bu sahədə açıq bir durğunluğun olduğunu etiraf edirik.
Xüsusulə nəzərə alsaq ki, operativ informasiya yaymaq tendesiyası içindəyik, araşdırma jurnalistikasının arxa plana keçməsi də bəzən bizə təbii gəlir. Amma jurnalistikanın əsas prinsiplərindən biri də tədqiq etməkdi. Çox sevinirəm ki, ara-sıra özümüzü silkələyib hansısa mövzuları saf-çürük etməyi yadırğamamışıq. İşin ucunda həm də maddi marağın olması məsələyə bir ayrı rəng qatır. Müsabiqənin obyektiv qiymətləndirilməsi və mediaya dəstək üçün bütün təşkilatçılara – Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB), Veysəloğlu Şirkətlər Qrupu, Medianın İnkişafı Ağentliyinə, münsiflər heyətinə dərin təşəkkürümü bildirirəm”.
Ləman
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranda internetə məhdudiyyətlər qoyulub
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
NETANYAHU: "...İran çox sürətlə nüvə silahına can atır" - "Hücum dayanmayacaq, onlar da bizə əks hücum edəcək"
İsrail Tehranı yenidən vurur - Paytaxtda partlayış səsləri yayılıb
Rusiya Ukraynaya 1200 hərbçinin cəsədini geri verdi
"Space TV”yə xəbərdarlıq olunub
Ceyhun Bayramov Polşanın yeni səfirini qəbul edib - XİN-dən açıqlama
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - Nələr müzakirə edilib? (FOTOLAR)
Laçının Baş planı təsdiqlənib
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Nəsimi rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Almaniya kanleri İrana hücumdan danışdı: "İsrailin öz varlığını müdafiə etmək hüququ var"
Beynəlxalq axtarışda olan şəxslər tutulub
Ərdoğandan İsrailin İrana hücumu haqda sərt açıqlamalar - "Bütün dünyanı fəlakətə sürükləməyə çalışırlar"
İSRAİLLƏ İRAN ARASINDA MÜHARİBƏ BAŞLADI - Qonşu ölkə vuruldu, general və nüvə obyektlərinə ağır zərbələr endirildi - Tehran nə edəcək? (VİDEO, FOTO)
Müasir “külək güllələri”… - Təbriz VƏFALI YAZIR
GENERALLARLA BAĞLI QƏRAR VERİLDİ - Prezident dəyişikliyi təsdiqlədi
Netanyahu Trampa təşəkkür etdi: "Yaşasın Amerika"
Araz İmanov: “Şəbəkə marketləri məhəllə dükanlarının rəqibi deyil” - MÜSAHİBƏ (VİDEO)
Sabahın hava proqnozu açıqlanıb
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
Fransa XİN İsrailin özünümüdafiə hüququnu dəstəkləyib
İsrailin Təbrizə hücumu nəticəsində üç nəfər həlak olub
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara müraciət edib
Türkiyə XİN İsrailin İrana endirdiyi zərbələri pisləyib
İran Qızıl Aypara Cəmiyyəti: İsrail HHQ 60 məkana zərbələr endirib
BƏƏ İsrailin İranın nüvə obyektlərinə hücumunu pisləyib
Beynəlxalq axtarışda olan şəxs Bakıya gətirilib
Abşeronda qətl törədən şəxs tutulub
İsrail ordusu: "İran bizə qarşı 100-dən çox PUA ilə hücuma keçib" - "Qisas əməliyyatı başlayıb"
Yardımlıda traktor aşıb
Mia.az-ın əməkdaşı media müsabiqəsinin mükafatçısı oldu - FOTO
AZAL bu ölkələrə uçuşları dayandırdı - SİYAHI
Netanyahu İrandan daha operativ və uzun hücum gözləyir: "Əvəzsiz müharibə yoxdur, İsraillilər uzun müddət..."
İRAN ORDUSUNDA BÖYÜK İTKİ - Baş Qərargah rəisi öldürülüb
İsrail İranı vurdu, neftin qiyməti kəskin qalxdı - 7 faizdən çox
Tramp: "İran böyük bir ölkə ola bilər, amma..."
İRANIN DİNİ LİDERİNDƏN SƏRT MESAJ: "Sionist rejim çox ağır cavab alacaq" - "Hər addımın əvəzini siz çox ağır ödəyəcəksiniz"