"Sity Net" "Jurnalistlərin binası"nda "üsyan"a zəmin yaradıb - Şirkət abunəçilərinə necə fırıldaq gəlib?
10-06-2025 [16:27]
"Sity Net" şirkəti Jurnalistlərin binasındakı abunəçilərinə kələk gəlib.
Bu barədə Mia.az-a məlumat verən sakinlərdən biri deyib ki, ötən ay provayder şirkətdən yaşadığı mənzilə internet xətti çəkdirib: "Həmin vaxt mənə deyildi ki, bəs bir ay abunə haqqını ödəyəcəksiz, növbəti ay isə yox. Yəni, bir ay güzəşt olunacaq. İndisə belə çıxır ki, bu, kökündən yalan vəd olub. Bəli, fakt budur ki, şirkət jurnalistlərə ya bilərəkdən yalan deyib, yaxud da adam yerinə qoymayaraq kələk gəliblər.
Məsələn, mən iki gündür zəifləyən internetlə bağlı şirkətlə əlaqə yaratdıqdan sonra mənə tamam fərqli şərtlər deyilib. Operator dedi ki, mənzilə gələn adam sizə yalan deyib, növbəti ayda güzəşt olunmayacaq. Pis hallardan biri də budur ki, şirkət nümayəndələri sakinlərə müqavilə belə təqdim etməyiblər. Bəli, bəzi sakinlər jurnalistlərin olduğu binada fırıldaqçılıq olmayacağını zənn etdiyindən çəkiliş vaxtı müqavilənin surətini tələb etməyiblər. Şirkət isə yəqin ki, bundan sui-istifadə edərək, müqaviləni öz xeyrinə doldurub. Şəxsən mənə maraqlıdır, müqavilənin bizə aid olan nüsxəsinə kim qol çəkib? Hanı müqavilə?! Niyə şirkət sakinlərə belə fırıldaq gəlib?"
Digər jurnalist sakin isə Mia.az-a deyib ki, ona da fırıldaq gəliblər: "Bir aylıq güzəştləri cəhənnəmə qalsın, kontur kampaniyasında da məni aldatdılar. Daha doğrusu, dirəşdikdən sonra bir ay kontur vuruldu, digər ayda isə olmadı".
Sakinlərin votsap qrupunda gedən müzakirələrdən isə bəlli olub ki, şirkət binaya iki qrup göndəribmiş: "Onlar sakinləri 7 ildir istifadə etdikləri "Azevrotel"dən "qoparmaq" üçün müxtəlif şirnikləndirici güzəştli vədlər veriblər. İndisə bəlli olur ki, bunların hamısı yalan imiş. Məqsəd dövlət provayderi olan"Azevrotel"i həm də çökdürmək olub. Bütün hallarda isə əziyyət çəkən yenə binanın sakinləri olub. İndi siz təsəvvür edin ki, bunlar jurnalistlərə "atıblar". Görün, digər binalarda istifadəçilərin başına hansı oyunlar açılır?!".
Jurnalistlərin biri məsələ ilə bağlı şirkətlə əlaqə yaradıb. Şirkətdən bildirilib ki, məsələ araşdırılacaq.
Onu da qeyd edək ki, narazı jurnalistlər yaranmış vəziyyətlə bağlı əlaqədar rəsmi qurumlara şikayət məktubu da hazırlayırlar.
F.ƏHMƏD
MİA.AZ
Nəsimi rayonunda İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib
Daha 55 maşın hərraca çıxarılıb
Doğru məqamda doğru fürsətləri dəyərləndirək!
Qəzzada daha 123 nəfər ölüb
ABŞ prezidenti: "Çinlə razılığa gəldik, biz 55 faiz, onlar isə 10 faiz tarif tətbiq edəcək"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Yeni Klinika"nın direktoru xəstələri həyat yoldaşının klibnikasına niyə yönləndirir? - Maraqlı iddia yayıldı
Aparat rəhbərinin müavini yeni vəzifyəyə təyinat aldı
İranın müdafiə nazirindən Trampın təhdidinə reaksiya: "Sizin itkilər bizimkindən çox olacaq”
Hindistanda yük gəmisində partlayş olub
Tanınmış həkimə 58 min dollar "atıblar"
"Magerramov" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı
Ali Məhkəmə “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi" ilə bağlı vahid qərar qəbul edib - Nələr olacaq?
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin influenserlərə niyə pul ayırıb? - 302 min manatlıq şübhəli plan...
“Sabah” Şakir Seyidovla müqaviləni yenilənməyib
DİN-dən xəbərdartlıq: "Bu cür davranışlar təkcə inzibati məsuliyyət doğurmur, eyni zamanda..."
Bu qurumda İşçi qrupunun sayı artırılıb - Fərman
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşqdə - VİDEO
Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib - ƏN ÇOX BAL YIĞANLAR KİMLƏRDİR?
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Azərbaycan və Avropa Komissiyası iyunun 13-də enerji dialoqunun üçüncü raundunu keçirəcək
Prezident İlham Əliyevdən sərəncam - Dövlət Agentliyə vəsait ayrıldı
AFP-Fransanın təbliğat maşını düşmənçiliyi təbliğ edir - TƏHLİL
Sabah hava necə olacaq? - Proqnoz
Mask Trampın qarşısından geri çəkildi: "Peşmanam!"
Eldar Əzizov icra başçılarını topladı - Nələr müzakirə edilib?
Keçmiş konsul İlqar İbrahimov evində ölü tapılıb
“Təhminə”nin aktrisası insult keçirib - FOTO
Anar Cəbrayıllı mətbuat katibi təyin olundu
Aynurə İsmayılova yeni vəzifə verildi
Mərkəzi Bank uçot dərəcəsi haqda qərar qəbul edib
Rəşid Behbudovun xatirə otağının açılışı olub
Şagirdlərin ağzını “skoç”layan müəllimə xəbərdarlıq olunub
Osimhen 45 milyon avroluq maaşdan imtina etdi
Azərbaycan neftinin qiyməti 72 dollara yüksəldi
Medinskinin sərsəm açıqlaması... - TƏHLİL
"Mehriban Ələkbərzadə yalnız “AzDrama”nı deyil, bütövlükdə sənət cameəsini bir-birinə vurdu" - Maraqlı fakt açıqlandı
Türkiyədə avtobus qəzası: 15 yaralı var
TRAMP ŞÜŞƏLİ ZİREHİN ARXASINDAN HƏDƏLƏDİ: "Ölkəmizə hücum planı var" - "Biz olmasaydıq, indi dünya almanca danışırdı"
İordan çayının qərb sahilində daha bir fələstinli öldürülüb
Qanada 34 nəfərdə təhlükəli virus aşkarlanıb
Türkiyə yığması Meksikaya məğlub olub
İsrail ordusu İordan çayının qərb sahilində 39-u uşağı həbs edib