9 qat dünya çempionu Araz Musayev: "Vəziyyətim ağırlaşıb..."

img

04-06-2025 [09:08]


Antalyada qəfildən bıçaqlanan 9 qat dünya çempionu Araz Musayev vəziyyətinin ağırlaşdığını deyib.

Mia.az xəbər verir ki, bu barədə o, İnstagram-dakı səhifəsində payaşım edib.

O, daha sonra izləyicilərinə xitabən yazıb: "Vəziyyətim yenə ağırlaşıb. Hər bir müsəlmandan və millətimdən dua istəyirəm".

Xatırladaq ki, Araz Musayevə hücumla bağlı Azərbaycan Uşu Sanda Fedarasiyasının prezidenti Azər Həsənsoy, Azərbaycan Kikboksinq Fedarasiyasının I vitse-prezidenti Elşən Abdulrəhmanov, Eynulla Babazadə, Məhəmməd Qaytayev, Fuad Babayev, Rəşad Səlimov və Vüqar Əsədov saxlanılıb.

Onu da qeyd edək ki, bu sensasiyalı hadisədə bəzi media orqanları və sosial media istifadəçiləri Suraxanının icra başçısı, eyni zamanda, Azərbaycan Kikboksinq Fedarasiyasının prezidenti Adil Əliyevin də adını çəkirlər.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA