Senatda hesabat: "Tramp hesab edir ki, Rusiya ilə sanksiya təhdidi ilə danışmaq olmaz"

img

21-05-2025 [09:09]


"Biz Rusiyadan atəşkəsi asanlaşdıracaq şərtlər gözləyirik"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsindəki hesabat xarakterli çıxışında deyib.

O, Trampın Putunlə son 2 saatdan çox çəkən telefon danışığı barədə suala cavabda bildirib ki, ABŞ Rusiyanın tezliklə Ukraynada atəşkəslə bağlı gözlənilən şərtlərini təqdim edəcəyini gözləyir: "Rusların tək atəşkəs deyil, daimi sülhə aparan yol xəritəsi təqdim edəcəyini gözləyirik. Lakin bu dəfə onların əvvəlkilərdənfərqli olaraq daha "yumşaq şərtlər" irəli sürəcəyi mümkündür. Yox, əgər Moskva sülhə maneə yaradacaq şərtlər irəli sürərsə, o zaman hazırkı sanksiya siyasəti və digər zəruri tədbirlər davam edəcək"

Dövlət katibi əlavə edib ki, Donald Tramp müharibəni bitirməkdə çox qətiyyətlidir: "Ancaq prezident bunu təzyiq yolu ilə deyil, danışıqlarla həll etmək istəyir. Prezident Tramp hesab edir ki, əgər indidən sanksiyalar təhdidi olarsa, ruslar danışığa gəlməyəcək"

Samir MUSAYEV
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR