Qayıdış nəğməsi
16-05-2025 [20:19]
Şəlalə Cabbarova,
Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
***
Doğma Qarabağın düşmən işğalından təmizlənməsi və bu torpaqlara başlayan Böyük qayıdış ruhumuzu yeniləyən Vətən nəğmələri ilə də yaddaşlarımıza həkk olunur.
Azərbaycan muğamının şah əsəri “Qarabağ şikəstəsi”nin sədaları 30 illik işğal zamanında qüssəli ürəymizə su səpsə də bir gün mütləq bu zillətin sona çatacağına, yenidən Qarabağ bülbüllərinin bizi sevinc göz yaşlarına boğacaq zəngulələrinə heyran qalacağımıza əmin idik. Və həmin günlər yenidən gəldi. 44 günlük Vətən savaşı günlərində silahını əlindən yerə qoymayaraq dastana dönən döyüşən qəhrəmanımız Xudayarın təsnifi bir şücaət nəğməsi kimi hər bir azərbaycanlının dillər əzbəri oldu. Bu mahnı qısa müddətdə elə bir sevgi qazandı ki, o zaman hələ əsgər yaşına çatmayan körpə balalar, gələcəyin əsgərləri, kişiləri də ona köklənib, hamı bir nəfər kimi “Vətən yaxşıdır!” dedilər.
Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi, Şuşa onun paytaxtı, Ağdam isə muğam mərkəzidir. Qarabağın düşməndən azad olunmasından sonra buradan ucalan azad nəğmələr bu mənada, tarixə, keçmişə qayıdış səsləri olmaqla, dövlətmizin bu torpaqlarda həyata keçirdiyi “Böyük Qayıdış” proqramının da “Mədəniyyət” fəsli kimi uğurla icra olunmağa başladı. Şübhəsiz, inkişaf edən Azərbaycan tamamən öz imkanları hesabına bərpa etliyi Qarabağda həyata keçirdiyi vacib infrastruktur və quruculuq təbirləri ilə yanaşı qədim diyara sahib olduğu musiqi mədəniyyətini də qaytarmaqla qalib Ordunun Ali Baş Komandanı, dövlət başçımız, Prezident cənab İlham Əliyevin bu sahədəki uğurlu imzasını da tanıtdı. İmza isə artıq çoxdan tanışdır! Bacarıqlı siyasətçi və dövlət başçısi kimi verdiyi müdrik qərarları, Ali Baş Komandan kimi qətiyyətli ilə tanınan Prezident İlham Əliyevin Qarabağda oxunan Vətən nəğmələrini dinləyərkən dolan gözlərindən süzülən kövrəkliyi və xüsusən, balaca ifaçılara olan sevgisi onun bu dünyanın ən zərifqəlbli humanist insanı olduğunu da bütün dünyaya tanıtdı.
Bu gün Qarabağ sürətlə öz iqtisadiyyatına və mədəniyyətinə qayıdır. Dövlət başçımız İlham Əliyevin və mədəniyyətimizin böyük hamisi, birinci xanım Mehriban xanım Əliyevanın Qarabağın özünə qayıdışı üçün gördüyü misilsiz işlər bir-bir reallaşdıqca insanlar da öz doğma yurdlarını daha abad, daha firavan görür, bunun xoşbəxtliyini yaşayırlar. Belə bir xoşbəxtliyi Azərbaycan xalqının ən həssas hislərinə yaxşı bələd bütün insanlar təkcə təbiətin incisi deyil, həm də Qarabağın simvolu olan Xarı bülbülün adını daşıdığı musiqi festivalında bir daha gördülər. 2021-ci ilin 12 mayında işğaldan sonra Şuşada, Cıdır düzündə keçirilən ilk Xarı bülbül festivalının açılışında səslənən və əks sədası Daşaltı qayalarından Xankəndinə qədər gedib çatan “Bayatı Şiraz” muğamı bu dəfə də sarı simlərə toxundu. O vaxt gənc Kənanın heyrətamiz zil səsinin ürəkləri titrədən zənguləsi Zəfər nəğməsi kimi də yaddaşımıza yazıldı.
Musiqi və mədəniyyət xalqları birləşdirən, insanlara mənəvi ruh verən, yaradıcı həyata yeni məna qazandıran yumşaq, amma böyük bir gücdür. Bu mənada, Qarabağda qurulan hər bir məktəb, hər bir mədəniyyət ocağı təkcə bir bina deyil, həm də bu torpaqlarda tikilən uzunömürlü qalalardır. Azərbaycan xalqının min illik musiqi mədəniyyətinə yenidən ev sahibliyi edən Ağdam Muğam Mərkəzi isə bu il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günündəki möhtəşəm açılışı ilə simvolik olaraq Ağdamın ruhunu da özünə qaytardı. Bu tədbirdə çıxış edən doqquz yaşlı balaca Əhədin ifasındakı “Qarabağ şikəstəsi” isə dayanmadan qaynayan bulaq suyu kimi ürəklərdəki 30 illik yanğını da şöndürdü. İnsanın qəlbini oxşayan bu “Qayıdış nəğməsi” isə yenə də hamıdan çox dövlət başçımız İlham Əliyevi kövrəltdi. Çünki bu nəğmə musiqinin, muğamın Ağdama qayıdışı, mədəniyyətin işğala, zülmə və vandalizmə qarşı qələbəsinin simvolu idi. Artıq Ağdama qayıdan həzin muğam bundan sonra daha da coşaraq bütün Qarabağa yayılıb, gümüş nallı Boz atın beilndə Qubadlıdan Xudafərinə çapan Qaçaq Nəbinin salamlarını Araza qovuşduracaq.
O taylı, bu taylı Araza!
MİA.AZ
"Axios": "ABŞ İrana xüsusi təyinatlıları cəlb edə bilər"
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib