18 yaşlı gənc atasının silahı ilə canına qıyıb

img

15-04-2025 [10:26]


Bakıda dəhşətli intihar hadisəsi olub.

Mia.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi zamanı evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA