Qadın “Evdə kimsə var” deyib özünü pəncərədən atdı - FOTO

img

01-04-2025 [10:05]


İstanbulun Küçükçekmece rayonunda psixoloji problemi olan qadın özünü ikinci mərtəbədəki evinin pəncərəsindən atıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, anidən pəncərəyə çıxaraq küçəyə doğru "evdə biriləri var" deyə qışqırmağa başlayıb.

Məlumata görə, ətrafdakıların xəbərdarlığına məhəl qoymayan qadın qəfil özünü yerə atıb: "Ağır yaralanan qadın təcil yardımla xəstəxanaya aparılıb".

Xəbərdə adı açıqlanmayan qadının xarici ölkə vətəndaşı olduğu deyilir.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA