Smart saat, modem aparatı, bahalı viski... - Nazir rəisi niyə vəzifədən azad etdi? (FOTO)

Smart saat, modem aparatı, bahalı viski... - Nazir rəisi niyə vəzifədən azad etdi? (FOTO)

CƏMİYYƏT

26.03.2025, 12:23

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Mia.az musavat.com-a istinadla xəbər verir ki, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzalandırılıb.

Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Çingiz Yunisov ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.

İlkin Muradov

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR