59 qırıcı, 9 hərbi gəmi... - Tayvan adası ətrafında gərgnlik böyüyür

img

19-03-2025 [00:07]


Tayvan adası ətrafında gərgnlik böyüyür.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Pekin bu gün adanın ətrafına 59 hərbi təyyarə və 9 hərbi gəmi yollayıb.

Tayvan Müdafiə Nazirliyindən bildirilib ki  Çin bu gün bu səhərə yaxın adası ətrafında 59 hərbi təyyarəni eyni anda yönəldib: "Həmin təyyarələrdən 43-ü Çinlə sərhədi ayıran xətti keçərək bizim müdafiə zonamıza daxil olub. Onlar adanın şimal, mərkəzi, şərq və cənub-qərb hissələrində uçuşlar həyata keçirdikdən sonra geri dönüblər".

Məlumata görə təyyarəlrin geri dönməsindən az sonra 9 hərbi gəmi bölgəyə göndərilib və hazırda onlar adanı çəmbərdə saxlayır.

Tahir Şəlvəli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA