Bakıda ata qonşuların sözü ilə qızını bıçaqlayıb - "Ailəmizi ləkələmə!"
KRİMİNAL
18.03.2025, 12:45
2024-cü il fevralın 9-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində ata qızını bıçaqlayıb.
Polis və prokurorluq əməkdaşlarının ilkin araşdırması zamanı məlum olur ki, hadisə "Qobu Park 2 " yaşayış kompleksində baş verib.
Hadisədən sonra 10-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəngilan rayon sakini 1958-ci il təvəllüdlü Rəfail Cavadov saxlanılıb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, fevralın 9-da Rəfail Cavadov evində olan zaman qonşusu Mirəli Quliyev onu söhbət etmək üçün çölə çağırıb. Söhbət zamanı qızının əxlaqsız həyat tərzi keçirməsini bildirib. Buna görə Rəfail Cavadov övladını öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək, dəhlizdə dayanmış Rəna Cavadovaya yaxınlaşıb. Arvadının gözləri qarşısında qızının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 5 dəfə zərbə endirib. Yaranmış səs-küyə evə daxil olan qonşusu Mətanət Məmmədova arxadan tutub saxlayaraq, Rəfailin cinayətkar əməlinin qarşısını alıb. Nəticədə Rəna Cavadova ölümdən xilas olub.
Hadisə olan blok
İş üzrə dindirilmiş Rəfail Cavadov bildirib ki, fevralın 8-də onunla eyni kompleksdə yaşayan Mirəli Quliyev qızı Rənanın adını bilmədiyi kişi ilə münasibət qurduğunu deyib:
"Qonşum mobil telefonundakı qızımın şəklini və ismarıcları "Whatsapp" tətbiqi vasitəsi ilə mənim telefonuma göndərmişdi. Növbəti gün Rəna ilə söhbət edib ailəmizin adını ləkələməməsini bildirdim. Əks halda onu öldürəcəyimi dedim. Qızım pis yolda olmadığını və barəsində deyilənlərin yalan olmasını qeyd etdi. Ayın 9-u saat 21 radələrində evdə olanda qapı döyüldü. Qapını açan yoldaşım Mirəlinin məni çölə çağırdığını dedi. Qonşum yenidən qızımın əxlaqsız həyat tərzi keçirdiyini və məndən polisə şikayət etdiyini söylədi. Cavab olaraq məsələni qısa müddətdə həll edəcəyimi deyərək, içəri keçdim. Mətbəx bıçağı ilə dəhlizdə dayanan qızıma yaxınlaşdım. Saçından tutaraq, sağ əlimlə bədəninə ardıcıl zərbələr vurdum. Mətanət adlı qonşumuz araya girdiyindən Rənanı buraxdım və çölə çıxdım. Bundan sonra Təcili Tibbi Yardım briqadası qızımı xəstəxanaya apardı".
İstintaqın gedişatında keçirilmiş üzləşdirmə protokollarından görünüb ki, Mirəli Quliyev yalan ifadələr verib. O bildirib ki, guya hadisə günü Rəfail Cavadovla qapının qarşısında mübahisə etməyib, həmin vaxt Xırdalan şəhərində xalasıgildə olub və onun mobil telefonuna qızının fotoşəkillərini göndərməyib. Amma şahidlər Nariyə Məmmədova və Reyhan Vəliyevanın ifadələrinə əsasən, Rəfail Cavadov məhz Mirəli Quliyevin və Ərkinaz Quliyevanın övladı haqqında söylədikləri böhtan xarakterli sözlərdən sonra, evə daxil olaraq, ağır cinayət törədib.
Məhkəmə iclasında Rəfail Cavadov ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, istintaqda adından yazılan ifadəni oxumadan imzalayıb. Övladını öldürmək niyyəti olmayıb, onu cəzalandırmaq istəyib.
Zərərçəkmiş Rəna Cavadova ifadəsində göstərib ki, 6 il ailəli olub, sonra isə ərindən ayrılıb, övladı yoxdur:
"Qonşularımız Ərkinaz Quliyeva və onun oğlu Mirəlinin bizimlə şəxsi qərəzlikləri olub, ailəmizin, əsasən də mənim adıma nalayiq ifadələr işlədiblər. Atama mənim haqqımda yalan məlumatlar verib. Mirəli mobil telefonumu oğurlayıb və mənə məxsus məlumatları əldə keçirib. "İnstagram" hesabımdakı şəkillərimi paylaşıb məni rüsvay edəcəyini deyərək, hədə-qorxu gəlirdi. Heç vaxt, heç kimə əxlaqsız fotoşəkillərimi göndərməmişəm. Mirəlinin anası məni şərləyib, oğlundan uzaq durmağımı tələb edirdi. Fevralın 9-da işdən evə gələndə, qapımızın qarşısında atamın Mirəli ilə mübahisə etdiyini gördüm, səs-küyə qonşularımız da çıxdı. Bundan sonra atam əsəbi halda bıçaqla mənə xəsarətlər yetirdi".
Rəna Cavadova əlavə edib ki, atasına qarşı şikayəti və tələbi yoxdur.
Şahid Mətanət Məmmədova bildirib ki, fevralın 9-u saat 21 radələrində yaşadıqları mərtəbədə mübahisə səsləri eşidib, çölə çıxıb: "Mirəli ilə anası yüksək səslə Rəfail Cavadova qızı Rənanın müxtəlif şəxslərlə gəzdiyini və mobil telefonda açıq-saçıq şəkilləri olmasını deyirdilər. Rəna çölə çıxmasa da, içəridən atasına onların böhtan atdıqlarını, Mirəlinin özünün onun telefonuna əxlaqsız fotoları atdığını deyirdi. Rəfail qonşuların yanında biabır olduğunu söyləyərək, əsəbi halda evə keçib. Arxasınca içəri girəndə Rəfailin Rənaya bıçaqla zərbələr vurduğunu gördüm. Rəfaili arxadan qucaqlayıb, kənarlaşdıranda o, bıçağı yerə atıb qışqırdı. Mən və digər qonşular yaralanan qıza kömək edərək, təcili yardıma məlumat verdik".
Məhkəmə Rəfail Cavadova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini əsaslı hesab edib.
Bakı Ağır Cinayətlər Məhkəməsnin hökmü ilə Rəfail Cavadov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
Bugün, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT
-
NATO həyəcan siqnalı verdi - Türkiyə F-16-ları Rusiya təyyarələrinə qarşı havalandı (Açıqlamalar)
25.09.2026, 21:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir: qudalar, ər-arvadlar və... - DETALLAR BƏLLİ OLDU (YENİLƏNİB)
25.09.2026, 19:56 GÜNDƏM
-
Prezident: "Hərbçilərin həlak olması xəbəri bizi son dərəcə sarsıtdı"
25.09.2026, 18:19 GÜNDƏM
-
PA-nın vəzifəli şəxslərinin oktyabr ayı üzrə - QƏBUL GÜNLƏRİ
25.09.2026, 18:10 GÜNDƏM
-
Nazir, Komitə sədri.. - Onların gələn ay üzrə qəbul günləri açıqlandı + CƏDVƏL
25.09.2026, 18:00 GÜNDƏM
-
Əli Əsədov büdcə ilə bağlı qərar imzalayıb
25.09.2026, 17:51 İQTİSADİYYAT
-
Ərdoğan "Türkiyə ordusu Yəməndə Husilərə qarşı savaşa girəcəkmi?" sualına belə cavab verdi
25.09.2026, 17:35 GÜNDƏM
-
"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib
25.09.2026, 17:30 GÜNDƏM
-
Hasil Abbasov Dövlət Məşğulluq Agentliyinin təcrübəli kadrlarıını öz kadrları ilə əvəzləyir (Yenilənib)
25.09.2026, 17:21 CƏMİYYƏT
-
Burak Yılmaz Super Liqaya geri döndü
25.09.2026, 17:08 İDMAN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
25.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Təxminən 20 il əvvələ nəzər salsaq, görərik ki..." - Sahil Babayev
25.09.2026, 16:53 İQTİSADİYYAT
-
Zaur Hacıyev istefaya göndərildi
25.09.2026, 16:42 İDMAN
-
"Kristal”ın vergi borcu yaranıb
25.09.2026, 16:23 İQTİSADİYYAT
-
İngiltərədə it-pişik saxlayanlara xəbərdarlıq olundu - Gənə təhlükəsi
25.09.2026, 16:04 DÜNYA
-
Yeni idman dünyası Kinon TV-də: “Setanta Sports & TV” paketi istifadəyə verildi
25.09.2026, 15:47 PRESS
-
RƏİS MÜAVİNİNƏ GENERAL RÜTBƏSİ VERİLDİ - O, kimdir?
25.09.2026, 15:36 SİYASƏT
-
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
25.09.2026, 15:35 GÜNDƏM
-
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb
25.09.2026, 15:29 GÜNDƏM
-
Qab-qazan, boşqab, bıçaq və “Siqaret çəkmək qadağandır” nişanı - Əmrullayev dövlətin 7 milyon manatını bunlara xərcləyəcək
25.09.2026, 15:14 İQTİSADİYYAT
-
VƏZİFƏDƏN AZAD OLUNAN İCRA BAŞÇISI TƏHSİL NAZİRİ TƏYİN EDİLDİ
25.09.2026, 15:05 GÜNDƏM
-
ABŞ əsgərləri niyə diz çökdü? - Çin liderinin təyyarədən eniş anında maraqlı hadisə yaşanıb (FOTO)
25.09.2026, 14:57 GÜNDƏM
-
İran ABŞ-ı yeni silahı ilə hədələyir: "Əgər bizə hücum olsa..."
25.09.2026, 14:41 DÜNYA
-
"Formula 1": Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş davam edir (YENİLƏNİB)
25.09.2026, 14:31 İDMAN
-
Almaniyada hadisə yerindən qaçan qadın polislər sistemdən qovulublar
25.09.2026, 14:25 DÜNYA
-
Bloger Sevinc Hüseynovaya cinayət işi açıldı - Müğənninin şikayəti əsasında
25.09.2026, 14:18 PRESS
-
Nazir Vilayət Eyvazov Ali Fidanı qəbul etdi - Nələr müzakirə olunub?
25.09.2026, 14:06 SİYASƏT
-
İnvestisiya Forumunda 11 yeni sənəd imzalandı - Prezident iştirakçılarına müraciət etdi + SİYAHI
25.09.2026, 14:06 GÜNDƏM
-
Mətbuat Şurasının qurultayına hazırlıq gedir
25.09.2026, 14:02 PRESS