"Hələ ağır ittihamlar da var, sadəcə olaraq, utanıram" - Şair AYP-ə belə mesaj verdi, Rəşad Məcid isə üzr gözləyir
14-03-2025 [12:00]
Azərbaycan Yazıçılar Birliyi şair İlham Qəhrəmanı məhkəməyə verib. Buna səbəb yazarın AYB haqqında səsləndirdiyi ittihamlardır.
Mia.az-ın məlumatına görə, İlham Qəhrəman fevral ayında dərc etdirdiyi “Mən Yazıçılar Birliyini niyə tərk etdim?” başlıqlı yazısında birliyin sədri yazıçı Anarı şairin fəaliyyətinə hər yerdə qadağa qoymaqda və yazıçılara verilməli olan evləri pulla satmaqda ittiham edib.
Şair iddia edib ki, 2005-ci ildən AYB-nin ev növbəsində olsa da, AYB sədri ona ev verilməsinə imkan verməyib və bu məsələdə də qərəzli davranıb: “Zərgərpalan küçəsində yenə Yazıçılar Birliyinə ayrılan torpaq sahəsində yaşayış binası tikildiyi və 36 üzvə 9 mənzil bölünəcəyi haqqında məlumat yayıldı. Mənzillərin bölgüsü haqqında 2 dəfə toplantı olub, amma bu haqda mənə xəbər verməyiblər. Mən növbədə 32-ci adam olmuşam. Bu haqda Həmkarlar Komitəsinə neçə dəfə müraciət etsəm də, növbəm haqqında heç bir məlumat ala bilmirdim. Amma Arif Əmrahoğlu rəhmətlik həmişə deyirdi ki, narahat olma, əsas odur ki, sən növbədəsən. 2014-cü ildə Zərgərpalan küçəsindəki binada mənim də olduğum dördlüyə verilən mənzilə baxmağa getdim. Səhv etmirəmsə, mənzil 3-cü mərtəbədə idi. Mənzilin 4 nəfərə aid olmasını biləndən sonra belə qərara gəldik ki, özümüz satsaq, daha uyğun olar. Yadımdadı, elandan sonra Space TV-nin işçisi zəng edib mənzilə 157 min manat verə biləcəyini bildirdi. Bu məbləğ MTK-nın təklif etdiyindən (4 nəfərə 100 min) çox idi. Razılaşdıq. Məlum oldu ki, MTK sənədləşdirməni etmir, müştəriyə deyir ki, altından su çıxdığı üçün bina söküləcək. 4 nəfər yazıçı burada 56 min manat pul itirdi.
AYB-nin niyə bir bina tikdirib mənzilləri növbədə olanlar arasında bölmək istəmədiyi, şəhərin müxtəlif yerlərində torpaq sahəsi alıb, faiz payı götürməsinə üstünlük verməsi buradan aydın görünür. Bir tərəfdən faiz üzrə alınan mənzillərin sayını heç kim bilmir, o biri yandan 4 yazıçıya bir mənzil ver, onun da qıraq-bucağından kəs. 25 min manat pulun adını belə qoydular - mənzil şəraitinin yaxşılaşdırılması.
Yazıçılar Birliyinə Binəqədi ərazisində yeni yaşayış binasının tikilməsi haqqında məlumat çıxanda Dəyanət Osmanlı, Xanəmir və mən Anarın qəbuluna düşdük. Anar bizi dinləyib dedi ki, gedin İlqar Fəhminin yanına, ərizələrinizi təzələyin. Üçümüz də ərizəmizi təzələdik.
Mənzillərin bölgü siyahısı açıqlananda məlum oldu ki, Xanəmirin də, Dəyanət Osmanlının da adları siyahıdadır, mənim adım isə yoxdur. İşi belə görəndə həmişə məni “sən ev alacaqsan” deyib ümidləndirən Anarın müşaviri Raufa zəng etdim. Raufun mənə dediyini olduğu kimi yazıram: “Evin qiyməti 150 mindir, gör, neynirsən..." Mənim 150 minim olsaydı, elə bazardan balalarıma ev alaram, daha Anarın insafına bel bağlamaram. AYB-dən çıxdığımı eşidən MTK rəhbəri deyir ki, Zərgərpalan küçəsindəki binadan Anara 19 mənzil verdim (adam bu sözü deyəndə məndən başqa iki şair də vardı orada). Anar o mənzillərin 9-nu 36 üzv arasında böldü (onu da real bazar qiymətinə yox). Bəs qalan 10 mənzil necə oldu?! Demək, müşavirin satdığı MTK-lardan çox alınıb az açıqlanan mənzillərdir ki, bazarda reallaşdırılır. Bundan başqa, 36 şəxsə paylanan 9 mənzilin bazar qiyməti daha yüksəkdir, onları da təmir edib sata bilərlər".
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev isə mətbuata açıqlamasında İlham Qəhrəmanın AYB-yə məxsus mənzillərin satışına dair iddialarının əsassız olduğunu və məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini söyləyib. Anar açıqlamasında yazıçılar üçün mənzil təminatı prosesinin tam ədalətli şəkildə aparıldığını, mənzil ala bilməyənlərin də layiqli yazıçılar olduğunu, lakin məhdud sayda mənzil olduğu üçün hər kəsin təmin edilməsinin mümkün olmadığını qeyd edib.
Şairi məhkəməyə verən AYB ondan 5 min manat təzminat tələb edir: “AYB İlham Qəhrəmandan 5 min manat təzminat tələb edir. Həmin vəsait isə YAŞAT Fonduna köçürüləcək. Bundan başqa isə hansı saytlar onun şər-böhtanını dərc edibsə, o saytlarda da müəllifin üzr istəməsinin yayılması tələb olunacaq”,- AYB-nin mətbuat katibi Xəyal Rza deyib.
İlham Qəhrəman “Yeni Müsavat”a açıqlamasında məhkəməyə verilməsindən xəbərdar olduğunu deyib: “Məhkəmədən telefonuma bildiriş gəldi. Dünən gedib AYB-nin iddiasını götürdüm. Öz pulumla vəkil tutmağa imkanım yoxdur. Ona görə də Vəkillər Kollegiyasına müraciət edəcəyəm ki, məni pulsuz vəkillə təmin etsinlər. Məni məhkəməyə verəcəklərini elə yazım çap olunan gündən bilirdim. Onlardan heç bir qorxum yoxdur. Məndən 5 min manat məbləğində təzminat istəyirlər. Bu pulu verməyə mənim maddi imkanım yoxdur. Eyni zamanda ittihamlarımda heç kimin şərəf və ləyaqətini alçaltmamışam. Həqiqəti demişəm, əgər yalandısa, gəlib yoxlasınlar. Azərbaycanda AYB-də nələrin baş verdiyini hər kəs bilir. Yazım çap olunandan sonra Anar zəng edib bir kəlmə söz demədi. Məni ən çox incidən isə o idi ki, yanvarın 23-də AYB-dən çıxmağımla bağlı ərizəni və üzvlük vəsiqəmi kadrlar şöbəsinə təqdim etdim. Bir ay səs-soraq etmədim. Bu vaxt ərzində AYB-nin katibləri, müavinlər, müşavirləri bir dəfə zəng edib soruşmadı ki, ay İlham Qəhrəman, sən niyə ərizə vermisən? Sanki ürəklərindən oldu ki, nə yaxşı çıxdı getdi, başımızdan açıldı, canımız dincəldi. Mən yalnız bundan sonra yazı dərc etdirdim. İndi əl-ayağa düşüblər. Nə etsələr, ona uyğun adekvat cavab alacaqlar. Hələ ağır ittihamlar da var, sadəcə olaraq, utanıram, abrımı gözləyirəm. Lakin onlar abırsızlıq etsələr, mən də abrımdan keçəcəyəm”.
AYB-nin sədr müavini Rəşad Məcid də məsələyə münasibət bildirib: “Mən təəssüf edirəm ki, vəziyyət bu yerə gəlib çıxıb. İlham Qəhrəmanın AYB-dən çıxdığından onun ərizəsindən sonra xəbər tutdum. Mənə müraciət etməmişdi, heç yanıma da gəlməmişdi. Gəlsəydi, mən onu razı salardım ki, birlikdən çıxmaq düzgün qərar deyil. AYB gücü daxilində ona köməkliklər edib. Yaxşı şairdir, psixoloji çətin duruma düşüb. Mən ona möhkəm olmağı arzulayıram. O, ittihamlarında elə məsələlərə toxunub ki, adlarını çəkdiyi şəxslər məhkəməyə vermək qərarına gəliblər. Barışıq yolu var. Arzulayardım ki, psixoloji-emosional vəziyyəti stabilləşsin və gəlsin Anar müəllimə üzrxahlığını bildirsin. Anar müəllim də mərhəmətli, humanist insandır, onu başa düşəcək”.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub