Narkokuryer Elçin Abbaslı saxlanılıb

img

01-03-2025 [10:33]


Füzuli rayonunda İran vətəndaşı vasitəsilə narkokuryerliyə cəlb olunan şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.

E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb.

O, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA