Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edən qadına hökm oxunub - Zalda həbs edildi

img

28-02-2025 [16:47]


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq etməkdə ittiham olunan Ruhiyyə Məmmədovanın məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda evi talanan Şirinbəyli ifadə verib. Zərərçəkmiş deyib ki, Ruhiyyə evində xadimə işlədiyi vaxt oğurladığı qızıl-zinət əşyalarının çoxunu qaytarmayıb.

Bütün tərəflər dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Prokuror Valeh Ələkbərov Ruhiyyə Məmmədovanın külli miqdarda ziyan vurmaqla oğurluq erməkdə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilməsini tələb edib.

Telman Hüseynovun sədrlik etdiyi hakimlər də xanım müttəhimin təqsirli olduğunu təsdiq ediblər.

Hökmə əsasən, R.Məmmədova 5 il 6 ay azadlıqdan məhrum edilib. Sərbəst mühakimə olunan xanım elə məhkəmə zalında həbs edilib.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA