Azərbaycanın ədalət məhkəməsi - Əli Cabbarov yazır
27-02-2025 [16:15]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
XX əsrin ən böyük cinayətləri arasında Azərbaycan xalqına, onun dövlət suverenliyinə və mövcudluğuna qarşı erməni faşizmi və onu bəsləyən qüvvələr tərəfindən törədilmiş işğal, soyqırımı və vandallıq əməlləri özünün insanlıq xarici qəddarlığı ilə seçilməklə bu gün Bakıda davam edən ədalət məhkəməsi qarşısında dayanan separatçı canilərdən bir-bir soruşulmaqdadır.
Heç bir günahı olmayan, sadəcə, azərbaycanlı olduğuna görə əsrlərlə yaşadığı yurdundan qovulan, təhqir, işgəncə və ölümlə qarşı-qarşıya qoyulan insanların bu gün ədalətdən gözlədiyi, bir daha bu torpaqlarda sürgün, ölüm və göz yaşlarının olmaması üçün günahkarların layiq olduqları cəzalarına çatmalarıdır. Çünki bu cəzaya layiq görülənlər dünyaya ibrət dərsi olmalıdır ki, bütün zalımlar hər nə qədər güclü olsalar da, bir gün mütləq günahları qarşısında cavab verəcəklər.
Azərbaycan xalqının taleyinə isə həm də zalım qonşularla birgə yaşamaq, zaman-zaman işğala, terrora, hücumlara məruz qalmaq, uzun illər ərzində pozulmuş insan hüquqlarına, yağmalanmış əmlaka, yox olmuş arzulara, həyatları sönmüş həmvətənlərinə görə, sadəcə, səbir edib dözmək qisməti yazılıb sanki. Ona görə də təkcə 1988-ci ildən etibarən deyil, eləcə də Araz ayrılıq çayı olandan bəri son 250 il ərzində işğalçı və xain qonşularımızın torpaqlar-mıza göz dikməsi ilə xalqımızın üzləşdiyi faciələr, ölkəmizin itirdiyi torpaqlar, oğurlanan, yağmalanan, uzaq ölkələrə daşınan maddi mədəniyyət nümunələrimiz, işğal atlında qalmış ərazilərdə vandallıq və quldurluq qurbanı olmuş tarixi abidələrimiz və ən nəhayət, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizə görə Azərbaycan xalqının məhkəmədə soruşacağı hesablar vardır. Əsrin məhkəməsi kimi tarixə düşəcək və ermənilərin xalqımıza qarşı törətdikləri bütün cinayətləri mühakimə edəcək bu ədalət davasında üzə çı-xan həqiqətləri görən dünya gözü dönmüş erməni faşizminin iç üzünün ifşasına bir daha şahid olacaq.
II Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatlarından sonra bərqərar olmuş ədalətin təntənəsinə şahid olduğumuz bu günlərdə, Xankəndidə yaxalanmış, Azərbaycan xalqına və dövlətinə qarşı törətdikləri cinayətlərə görə mühakimə olunanların miskin sifətlərini gördükdə, əslində, onların insan deyil, bir zamanlar insan qanına susamış hansısa lənətlənmiş zombilər olduğunu unutmamalıyıq. Sülh və insanlıq əleyhinə cinayətlərin bilavasitə iştirakçısı olmuş, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayiklər, Rubenlər, Arkadilər daha nə kimi çoxsaylı “yanların” məhkəməsində onlar bir-bir üzlərinə oxunan əməllərə görə, cavab verəcəklər. Açıqlanan ilkin ittiham aktına görə, Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə, 925 yaşayış məntəqəsinin işğalı və uzun illər ərzində işğal altında saxlanılması nəticəsində, ümumilikdə, ölkəmizin 18 min 850 nəfər vətəndaşı qəsdən öldürülmüş, 56 min 268 nəfər şəxsə onların qəsdən öldürülməsi məqsədilə müxtəlif dərəcəli bədən xəsarəti yetirilmişdir.
Ermənistanın təcavüzkarlığı nəticəsində I Qarabağ müharibəsi, ondan sonrakı dövrdə və II Qarabağ müharibəsi dövründə mülki infrastruktura, ümumilikdə, 5,2 milyard manatdan çox ziyan dəyib. Şübhəsiz, ölkəmizin mülki infrastrukturuna, iqtisadiyyatına, ekoloji vəziyyətə və müdafiə arsenalına, ümumilikdə, vurulmuş 100 milyard manatı aşan ziyanın riyazi rəqəmlərlə ölçülən həcmini məhkəməyə çıxarılaraq özlərini keçmiş sovet ittifaqının xüsusi xidmət orqanlarının qurbanı hesab edən və eləcə də hələ də azadlıqda gəzən ermənilər hamıdan yaxşı bilsələr də, lakin bu ötən 37 il ərzində erməni təcavüzünün xalqımıza vurduğu mənəvi zərbələri çətin ki, kimsə sona qədər qiymətləndirə bilsin. 1988-ci ildən başlayaraq sovet mərkəzi aparatındakı ağqulaq əsilli rəhbərlərin dəstəyinə arxalanaraq mütəşəkkil terrorçu dəstələr şəklində azərbaycanlılara qarşı açıq silahlı basqınlar edib öldürdükləri insanların sonradan dərilərini soyan, əsir götürülmüş soydaşlarımızın erməniəsilli şəxslərin qəbirləri üzərində başlarını qurbanlıq kimi kəsən ermənilərin cəzası, şübhəsiz, daha böyük olacaq.
Bu cəza ədalətli olduqca əzilmiş, tapdalanmış insan hüquqları, məhv olmuş arzular, yox olmuş ailələrin yaxınları təskinlik tapacaqlar. Bu məhkəmədən gözlənilən ədalət Şuşada yallı gedən sərxoş Paşinyanın əzib tapdaladığı xarıbülbülün zərif rayihəsinə dərman, kafir ayağı dəymiş Xudafərin körpüsünün fəryadına məlhəm də olacaq. Bu məhkəmə Füzulinin, Ağdamın, Cəbrayılın, Qubadlının, Zəngilanın dağıdılmış yurd yerlərinə, künc daşlarına qədər sökülmüş binalarında bir zaman yaşamış insanların ruhlarına rəhmət gətirib, burada quldurluq etmiş ermənilərin törətdikləri cinayətləri bir-bir üzünə sadalayacaq. Bu gün beynəlxalq qanunlar əsasında qurulmuş məhkəmədə vəkil, erməni dilində tərcüməçi tələbi ilə çıxış edib hüquqlarından dəm vuran erməni vandallarının əlimizdə olan bu başçıları 1992-ci ilin soyuq 26 fevral gecəsində ağlaya-ağlaya gecə boyu Xocalıdan qaçıb Ağdama çatmaq istəyən yüzlərlə körpə uşağın buz kimi donmuş gözyaşlarının haqqını ödəyə biləcəklərmi!? Yaxud hələ ki azadlıqda qalan Köçəryan, Sarkisyan, Balasanyan, Ohanyan kimilər Qərbi Azərbaycandan və Qarabağdan didərgin etdikləri minlərlə qaçqın və köçkünün dəmir yolu vaqonlarında, konteynerlərdəki acı həyatına görə necə cavab verəcəklər? İndi ədalət məhk-məsindən gizlənsələr də, harada olsalar da, bir gün mütləq bu cavabı verəcəklər! Lap gorbagor olub o dünyaya getsələr də!
Bu gün çoxsaylı cinayətlərlə ittiham olunub Bakıda timsah gözyaşları tökən 15 nəfər erməni məhkumdan 30 ildən artıq müddətdə blokada məngənəsində sıxılan yüz minlərlə Naxçıvan sakininin də soruşacağı bir hesab vardır. On illər boyu Azərbaycanın sərvətləri hesabına cah-calal içində yaşamış, özlərinə sərvət toplamış ermənilər Bakıdan Naxçıvana gedən yolları kəsməklə uzun illər boyunca burada yaşayan insanları ərzaq və enerji məhrumiyyətləri ilə üz-üzə qoymuş, minlərlə ailənin gözəl arzularını puç etmiş, yüz minlərlə ağacın kəsilməsinə, on minlərlə evin işıqsız qalmasına bais olmuşlar. Sədərəyə iriçaplı silahlardan atəş açıb dinc sakinləri qətl edən ermənilər bu illərdə on minlərlə naxçıvanlının doğma Bakıya çıxışını bloklamaqla insanların vaxtında işinə-gücünə, təhsilinə, müalicəsinə, əzizlərinin dəfninə çatmasına əngəl oldular. Bu gün şüşə arxasından boylanan yazıq tülkü görkəmindəki ermənilərin başlatdığı separatizm və işğal olmasaydı, 1988-ci ilə qədər bütün Cənubi Qafqazın turizm cənnəti olmuş Qaraba-ğın və eləcə də Azərbaycan müstəqil olduqdan sonra Naxçıvanın region və dünya turizminə nələr qazandırdığından danışa bilərdik. Lakin Qarabağın bütün turizm infrastrukturunu və tarixi-mədəni zənginliklərini məhv edən, Naxçıvana gedən kommunikasiyaları da bloklayan ermənilərin təkcə Azərbaycanın turizm gəlirlərinə vurduqları ziyana görə, yəqin ki, Ermənistanın ən azı 50 il təzminat ödəməsi tələb olunacaq.
Bu gün Bakıda davam edən əsrin məhkəməsinə dünya şahidlik edir. Şübhəsiz, insanların on illərlə pozulmuş yaşamaq hüquqlarına, itirilmiş əmlaka, mülkiyyətə, qarət olunmuş sərvətlərə görə burada məhkum olunan erməni canilər layiqli cəzalarını alacaqlar. Ancaq kimsə unutmasın ki, erməni faşizminə dəstək verib, onları silahlandıran, təkcə Azərbaycanda deyil, bütün dünyada insanların başına bəla olanlar da bir gün mütləq Allahın cəzasına tuş gələcəklər
MİA.AZ
Təbrizi vuranın əli qurusun - Sərvaz Hüseynoğlunun şeiri
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Koreyanın yeni səfirini qəbul edib - FOTOLAR
İlham Əliyev Fələstin Dövlətinin səfirini qəbul edib - FOTOLAR
Mehriban Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı mesaj - FOTOLAR
İranın ali dini lideri video paylaşdı, ivrit dilində İsrailə mesaj verdi: "Çarəsiz qalacaqsınız"
ABŞ prezidenti hərbi paradda - FOTOLAR
İran və İsrail bir-birlərini vurur - Ölən və yaralananlar var
Putin 50 dəqiqəlik müzakirədə Trampa yeni təklif verib: "Bu, gözlənilməz nəticələr yaradacaq" - "İsrail və İran arasında vasitəçiliyə hazıram"
Prezident İlham Əliyevdən paylaşım - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Milli Qurtuluş Günüdür
İSRAİL-İRAN MÜHARİBƏSİ ŞİDDƏTLƏNİR - Hər iki tərəf bir-birini "peşman" edəcəklərini deyir
Tramp: "Putinlə İsrail-İran müharibəsi ilə bağlı həmfikirik"
Ərdoğan Trampla İran-İsrail savaşı ilə bağlı müzakirə apardı: "Əlimizdən gələni etməyə hazırıq"
Ərdoğan İran prezidenti danışdı: "Bölgəni alovun içinə sürükləmək məqsədi güdürlər"
İsrail İranın 20-dən çox komandanını zərərsizləşdririb
İmişlidə 47 yaşlı şəxs güllələnib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Bakı –Təbriz–Bakı marşrutu üzrə reyslər təxirə salınıb
Azərbaycan və İran XİN başçıları telefonda danışdı: "Ərazimizdən qonşu və dost İrana qarşı istifadə edilməsi mümkün deyil"
Jurnalistlərin övladları məzun oldu - FOTOLAR
İsraildə Ben Qurion hava limanı uçuşlara bağlanıb
"Azərbaycan özünü sanksiyalar altında olan qonşularına qarşı mümkün ssenarilərə hazırlayıb"
Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir
Sabah hava necə olacaq? - Proqnoz
Sahil Babayevdən daha bir təyinat - Elnur İbrahimov da yola salındı
"Heç kim yeni bir Orta Dəhliz qurmaq fikrinə düşməməlidir" - Hikmət Hacıyevdən bölgəmizlə bağlı mühüm mesajlar
Polis “Son zəng”lə bağlı xəbardarlıq edib
Azərbaycan neftinin qiyməti daha 4 dollar qalxdı
İranda savaş: xarici ölkə vətəndaşları Azərbaycan vasitəsiylə təxliyə olunur - FOTOLAR
Bu gün “Son zəng”dir
İRAN İSRAİLƏ ARD-ARDA ƏKS ZƏRBƏLƏR ENDİRİR - İki qırıcı vurulub, pilot əsir alınıb, ölən və yaralananlar var (YENİLƏNİB)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranda internetə məhdudiyyətlər qoyulub
Smart tipli sayğaclar niyə dəyişdirilir? - Gizli plan üzə çıxdı
NETANYAHU: "...İran çox sürətlə nüvə silahına can atır" - "Hücum dayanmayacaq, onlar da bizə əks hücum edəcək"
İsrail Tehranı yenidən vurur - Paytaxtda partlayış səsləri yayılıb
Rusiya Ukraynaya 1200 hərbçinin cəsədini geri verdi
"Space TV”yə xəbərdarlıq olunub
Ceyhun Bayramov Polşanın yeni səfirini qəbul edib - XİN-dən açıqlama
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşdü - Nələr müzakirə edilib? (FOTOLAR)
Laçının Baş planı təsdiqlənib
AYNA şikayət etdi - “Uber Azərbaycan” cəzalandırıldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı