Bakıda maşından pul oğurlayan keçmiş məhkum tutulub

img

26-02-2025 [11:57]


Bakıda avtomobildən pul oğurlayan keçmiş məhkum tutulub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən 3800 manat, 14485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla təqsirli bilinən şəxsin bundan öncə “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurlaması da məlum olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA