Üç pərdəli tragikomediya - Əli Cabbarov yazır
24-02-2025 [19:27]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
II Dünya müharibəsindən sonra qurulmuş dünya düzəninin çoxdan pozulduğu, etik və beynəlxalq hüquq qanunlarının işləmədiyi hazırki qlobal siyasət dövründə Rusiya-Ukrayna arasındakı 3 ili tamam olan hazırkı savaşı buradakı baş rolların ifaçıları, pərdəarxası suflyorların maraqları və qanı tökülən insanların faciələri baxımından tam bir “Üç pərdəli tragikomediya” adlandırmaq mümkündür.
70 illik oraq-çəkic dövründə beynimizi yormuş “xalqlar dostluğu” şüarının əksinə olaraq tarixi düşmənçilikləri bəlkə də IX əsr Kiyev rus dövləti dövründən başlanan bu iki slavyan köklü xalqın son faciəsinə komedya janrında quruluş verib dünyanın da tamaşasına çıxaranlar üçün bu müharibə artıq iki maklerin ucuz faiz davasına bənzəməkdədir.
Hələ soyuq müharibənin yenicə bitdiyi və təkqütblü dünyada kimin hakim olacağı düşünlüdüyü zaman 90-cı illərdə Hantinqton tərəfindən irəli sürülmüş “sivilizasiyaların çöküşü” nəzəriyyəsində yeni dünyadakı münaqişələrin proqnozu verildiyində kimsə mədəniyyətlərin identifikasiyasını ayıran bəzi rənglərin 30 il sonra necə qarışacağını düşünə blmirdi. Avropanın ABŞ-dan hərbi, Rusiyadan isə enerji asılılığına son qoyması, keçmiş SSRİ respublikalarının Rusiyanın geosiyasi və hərbi təsirindən xilas olması, neft və qazla zəngin ərəb dünyasının hələ də bir araya gələ bilməyərək təsir altında qalması fonunda tam əksinə Türkiyə və Azərbaycan öndərliyində Türk dünyasının yeni bir güc qazanıb ayrı bir dünya gücünə çevrilməsini açıqca görməkdəyik. Soyuq müharibə illərində Vyetnam, Koreya, İran-İraq müharibəsi və Əfqanıstan üzərində bir-birlərinə güc sınayıb, bundan sonra İraqın işğalı, Suriyanın 14 illik vətəndaş müharibəsi və Qafqazdakı münaqişələr ilə bunu davam etdirən axmaq ayı ilə çoxbilmiş köstəbək oynadıqları son oyun ilə bu dəfə birisi Ukrayna torpaqlarının üstünə, digəri isə torpaq altındakı sərvətələrə açıqca göz dikməkdədir. Soros və USAID pullarından bəhrələnib küçəyə tökülərək milli dövlətçiliyinə qarşı ayaqlanan xalqların xaosunu fürsət bilən London əsilli ssenaristlərın hazırladığı, baş rollarını isə Putin və Zelenskinin oynadıgı bu tragikomediyada hər iki tərəfdən toplamda 2 milyona yaxın insan itikisi və yüz milyardlarla ifadə olunana maddi zərərlər vardır. Müharibə ucbatından Ukraynadan köçkün düşən, Rusiyadan isə rejim təzyiqindən qaçan insanların sonrakı taleyini, bir zamanların turizm cənnəti olmuş Krımın vəziyyətini, iki ölkə arasında mövcud olmuş sıx əlaqələrin qırılması və ən mühümü isə iki slavyan xalq arasında əkilmiş düşmənçilik toxumlarının meyvələri nəticəsində dəyəcək zərərləri isə zaman göstərəcək.
Hazırda Ukrayna üzərindən Rusiyanı qış yuxusuna tumarlayıb əvəzinə Qrenlandiya və Kanada nəzarətindəki Şimal qütbünə çıxışı nəzarətə götürmək istəyən Trampın yeni biznes planları bu tragikomediyanın ən gülməli səhnələrindən biridir. Buna rəğmən, Amerikadakı dərin dövlətin və strateji müttəfiqi Britaniyanın cızdığı qırmızı xətləri qətiyyən tapdalaya bilməyərək Rusiyaya heç zaman tam güzəş etməyəcəyini də yaxşı bilən respublikaçı lider Avropanı, xüsusən Makronu da qorxutmağı qarşısına qoymaqla sanki bir az ciddi aktyor olaraq sələfi qoca Baydenin komik personaj tipindən uzaq durmağa çalışır. Görünən odur ki, Çinə qarşı qlobal savaşı uduzduğunu hiss edən və Rusiya-Çin yaxınlaşmasından ciddi narahat olan Ağ Evin yeni sahibinin Putinlə son söhbətinin kulislərdə pıçı-pıçı dolaşan stenoqramları doğru imiş. Sən demə, bu ikili arasındakı telefon söhbətinin pərdə arxasında nə Ukraynada, nə də Rusiyada öldürülən insanlar deyil, bir an öncə müharibəni hansı yolla olursa olsun bitirib, yüksələn dünya nəhəngi Çinə qarşı ittifaq qurmaq və hətta kim bilir yaxın gələcəkdə dəbdəbəli ərəb kurortlarının birində birgə istirahət etmək planları da müzakirə olunub. Nədən olmasın?!
Lakin 2017-2021-ci illərdəki ABŞ-a rəhbərliyi dövründə də gözlənilməz qərarları ilə o dövrdəki “Amerikanı yenidən güclü edək!” şüarının boşa çıxdığını da unutmayan Trampla və bu müharibədə çəpgöz Şimali Koreya əsgərlərinə və bir abbası dəyərindəki əmmammade dronlara möhtac qalan Putinin gizli sövdələşməsini çox qısa müddətdə çözən tamaşaçılar bu tragikomediyanın birinci və ikinci pərdəsindəki səhnələri də yaxşı xatırlayırlar. 10 il əvvəlki Kiyev Avromaydanı və ondan sonrakı məlum proseslər, yarım milyardlıq yaxtaları həbs olumuş rus mənşəli oliqarxlar, Kiyev yaxınlığında rusların məhv etdiyi əfsanəvi “Mriya” təyyarəsi, ukraynalı döyüşçülərin Qara dənizdə batırdığı “Moskva” hərbi gəmisi, 2022-ci ilin 24 fevralından sonra Amerikanın avropali və bütün digər müttəfiqləri ilə birgə Rusiyaya qarşı sanksiyaları daha da genişləndirib onu öz mağarasına həbs etməsi, vaqnerçilərin Putinə qarşı uğursuz çevriliş cəhdi və Moskvadakı terror aktları yaxın keçmişdəki oynanan səhnələrin yaddaqalanlarındandır. Ukrayna prezidenti Volodimir Zelensiknin əvvəlki komik səhnə perfomansından çox uzaqda olsa da üç gündə bitməsi planlanan müharibənin ilk günlərindəcə ssenaritstlərin planlarını pozub onu üç ilə qədər uzatması və Rusiyanın ordu gücünü zəflətməsi isə bəzilərinə görə daha da ağır faciə, bəzilərinə görə isə qurbanlar bahasına da olsa Xeyirin Şər üzərində qələbəsi kimi qiymətləndirilir. Hər halda son sözü tamaşaçı deyəcək!
Ölkəmizdən yüzlərlə kilometr uzaq məsafədə aktiv döyüşlərin getdiyi Rusiya-Ukrayna müharibəsi birbaşa da olmasa Azərbaycandan da yan ötüşməmişdir. 2014-cü ildə Krımın ilhaqına cavab olaraq Rusiyanın neft gəlirlərinin azaldılması məqsədilə Qərbin tətbiq etdiyi qlobal qiymət oyunu nəticəsində Azərbaycan manatı da iki dəfə devalvasiya olunmuş, əvvələr Sovet dövründə hər iki ölkə ilə mövcud olmuş bir sıra əlaqələr, xüsusən də enerji tranziti layihələrinrin pozulması nəticəsində ölkəmizin iqtisadiyyatına da ziyan dəymişdir. Dövlət başçımızın uzaqgörən siyasəti nəticəsində Rusiyanın Ukraynaya hücumu birbaşa olaraq Azərbaycanın milli təhlükəsizliyinə zərbə vurmasa da əvəzində, hər iki ölkənin vətəndaşları olan soydaşlarımızın bu müharibə zamanı həlak olması, yaralanması, yaxud buradakı əmlakının, biznesinin zərər görməsini də xalqımız və dövlətimiz ciddi narahatlıqla qarşılayır. Vladimir -Volodimir arasındakı savaşın ölkəmizə qarşı vurduğu ən böyük zərbə isə təəssüf ki, ötən ilin dekabrın 25-də Rusiya hava məkanında, Qroznı səmasında AZAL-a məxsus mülki təyyarənin Rusiya HHM tərəfindən vurulması və nəticdə 38 nəfərin həyatına son qoyulması oldu. Hər nə qədər Rusiya rəsmilərinin və onlara yaxın medianın ört-basdır etməsinə baxmayaraq dövlət başçımız Prezident cənab İlham Əliyevin bu məsələyə birbaşa nəzarəti ilə Azərbaycanın haqlı mövqeyi qorunub müdafiə olundu, həlak olan təyyarə ekipajı üzvləri Milli Qəhrəmanlarımız elan olunub, Rusiya qarşısına rəsmi üzrxahllıq və təzminat tələbi qoyuldu.
Bütün müharibələrin bir sonu vardır və gec-tez zamanı gələndə bütün müharibələri başladan, onunla öz məqsədlərinə çatmağı planlayanlar öz layiqli cəzalarına çatıblar. Tarix təkrarlanır, — deyənlərə inansaq, bu gün Ukrayna Azərbaycanın 1994-cü ilə qədər yaşadığı acı dolu günlərini yaşamaqdadır. Görünən odur ki, SSRİ dağılandan sonra milli dövlətçiliyini qura bilməmiş, bu dövlətçiliyə işıq tutan layiqli liderini hakimiyyətə gətirə bilməmiş Ukraynanın da yaşadığı bu tragikomediyanın da sonunu gətirəcək və bir zərbəsi ilə boğazında Krım boyda armud qalmış ayını öldürəcək dəmir yumruqlu liderə ehtiyacı vardır.
MİA.AZ
"Samsunspor" hesabı qoruya bilməyib - 2 qol, 2 qırmızı kart...
Türkiyədə həbsxana maşını qəza törədib - 23 yaralı var
Hindistanda GPS saxtakarlığı... - Bəzi uçuşlar təxirə salıındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Yekaterinburqda azərbaycanlı iş adamı saxlanılıb
Ukraynanın vurduğu Rusiya gəmiisi İstanbula çəkildi - FOTO
Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı - Prokurorla baş nazir iclasda mübahisə edib
Ruben Vardanyanın məhkəməsi: zərərçəkənlərin ifadələr dinlənilib
Bu gün Türkiyədə derbidir: "Fənərbağça, yoxsa "Qalatasaray"? - "Qara bazar"da biletin qiyməti 4 min manatı ötüb
Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb - İki qurum açıqlama yaydı
Heydər Əliyev Fondu "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə"nin tərəfdaşı olub
Bakıda Yeni İl yarmarkasına da xüsusi hazırlıq görülür
AXCP ləğv olunacaq? - Milli Məclisin komitə sədri bunu mümkün sayır
“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - İcra Hakimiyyətindən şikayətə reaksiya (YENİLƏNİB)
"Ramiz Mehdiyev faktoru..." - Siyavuş Novruzovdan açıqlamalar
Ən çox qol vuran futbolçular... - Peşəkar Futbol Liqası siyahı yaydı
Əli Əsədov yeni qərar imzalayıb
ƏƏSM pensiya təyinatına dəyişikliyə izah verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində..." - Əli İnsanovdan açıqlamalar
Ramiz Mehdiyevin Şabrandakı villası - Sabiq deputat "makler" adıyla girdi və... (VİDEO)
Daha 33 maşın hərraca çıxarılıb
Cenk Tosundan boşanma xəbərinə reaksiya: "Yalandır..." - FOTO
Prezident İlham Əliyev Fərman imzalayıb
NAZİR MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyevin oğlu haqda sərəncam imzalandı
"Azercell Telecom"dan qış kampaniyası!
Özəl bağçalara elektron portal üzərindən qeydiyyat başlayıb
Laçın – enerji və mədəniyyətin birləşdiyi geosiyasi məkan
Bakıda beynəlxalq konfrans keçiriləcək - Bu tarixdə
AXCP sədri Əli Kərimli və Məmməd İbrahimə ittiham elan olunub - Məhkəmə həbs qərarı verdi (YENİLƏNİB)
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir
"O paltarı daha geyinmərəm" - Günay İbrahimli
Türkiyədə İŞİD-ə qarşı daha bir əməliyyat: 3 suriyalı qandallandı
AFFA rəsmiləri beynəlxalq konfransa qatılıblar
Naxçıvanda daha bir nazir vəzifədən azad edildi - Nazir postu kimə həvalə olundu? (YENİLƏNİB)
Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edib, rəislərə taşırıq verib - Polis olmaq istəyən 382 nəfər isə... (VİDEO)
İsrail ordusu Tubas və Aqaba şəhərlərin yeni əməliyyata başlayıb
"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
AAYDA-ya 2 milyon manatı ayrıldı - Sərəncam
Mərkəzi Bankda kadr dəyişikliyi olub
Rəqsanə konsertə hazırlaşır - Vəkil ev dustaqlığında olan müğənninin necə konsert vercəyini izah edir
Xəzər dənizidə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb