Müəllim sinifdə qasıq nahiyəsindən güllələnib - Türkiydə + FOTO

img

21-02-2025 [15:36]


Türkiyədə 41 yaşlı müəllim sinif otağında güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Konyanın Ereğli rayonunun Kutören məhəlləsində yerləşən Kutören İbtidai məktəbində səhər saatlarında baş verib.

Məlumata görə, ibtidai sinif müəllimi işləyən Cihan Güçlü dərs vaxtı əlilliyi olan şagirdlərdən birinin böyük qardaşının qəfil silahlı hücumuna məruz qalıb: "Sinif otağına daxil olan Kerem adlı şəxs müəllimə 3 dəfə atəş açıb. Güllələrdən biir onun belinə, digər qasıq nahiyəsinə, sonuncu güllə isə sol ayağına sıxılıb".

Məlumata görə, müəllm xəstəxanaya çatdırılıb: "Onun durumu ağırdır"

Firudin Səfərli
MİA.AZ

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA