Ağdamda ağır qəza: bir nəfər ölüb, üç nəfər xəsarət alıb

img

20-02-2025 [11:04]


Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetməni itərərək aşıb.

Nəticədə İlyas Allahyar oğlu Allahverənov hadisə yerində ölüb. Avtomobildə olan 1992-ci il təvəllüdlü Natiq Zakir oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Elmin Arzu oğlu Əmənov və 1991-ci il təvəllüdlü Amik Rafiq oğlu Cəfərov ağır xəsarət alaraq təcili tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA