Fuad Muradova hökm oxunub - 6.6 il cəza verildi

img

19-02-2025 [16:31]


Yeddi nəfəri şantaj etməkdə ittiham edilən Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Mia.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Fuad Muradov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, F.Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:59 08.10.2025

Paşinyan Belçikaya gedir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA