“Sərdar Cəlaloğlu nə istəyir, etsin” - Bəhram Bağırzadə haqqındakı ağır ittihamı cavabsız buraxdı

img

17-02-2025 [14:35]


“Sərdar Cəlaloğlunun mətbuata açıqlamasını görməmişəm. Görmək də istəmirəm. Getsinlər kim nə istəyir etsin”.

Mia.az-ın məlumatına görə, bu sözləri “teleqraf.az”a açıqlamasında “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur aktyoru, Əməkdar artist Bəhram Bağırzadə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun ittihamlarına cavab verərkən deyib.

Qeyd edək ki, S.Cəlaloğlu mətbuata açıqlamasında Bəhram Bağırzadənin Azərbaycanda rus dilində təhsilin müdafiəçisi kimi çıxış etdiyin söyləyib.

Buna görə Əməkdar artisti tənqid etməklə yanaşı, onu Rusiyanın “təsir agenti” adlandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA