Ruben Vardanyan yenidən hakim qarşısında - O, tərcüməçi və vəkillə təmin olunub (YENILƏNIB)
13-02-2025 [19:49]
Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə fevralın 13-də məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Mia.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün vəkillər ilə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmişin nümayəndəsi qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.
Fasilədən sonra Ruben Vardanyan ona dövlət tərəfindən təyin olunan müdafiəçi Azər Məhərrəmovdan imtina etdiyini və hüquqlarının müdafiəsinin müqavilə üzrə vəkili Avraam Berman tərəfindən davam etdiriləcəyini bildirib.
İttiham tərəfi və zərərçəkmiş şəxsin nümayəndəsi vəsatətə etiraz etməyib.
Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin edib.
Sonra iclas dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən ittiham aktının nəticəvi hissəsinin elan olunması ilə davam edib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycan Respublikasının ekologiyasına və təbiətə vurulmuş ziyan, Azərbaycanın işğal altında olan suveren ərazilərinin minalanmasına dair epizodlar, Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar, habelə öldürülmüş və öldürülməsinə cəhd olunmuş mülki şəxs və hərbi qulluqçuların sayı elan edilib.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli Ermənistan tərəfindən aparılan təcavüzkar müharibənin gedişində iştirak edən cinayətkar təşkilat tərəfindən Azərbaycan Ordusunun müdafiə arsenalına, Azərbaycanın ekologiyasına və təbiətə vurulmuş ziyanı, habelə öldürülmüş və öldürülməsinə cəhd göstərilmiş mülki şəxs və hərbi qulluqçuların sayını elan edib.
Bildirilib ki, 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək Azərbaycanın işğal olunmuş ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.
1988-2024-cü illər ərzində ümumilikdə 3053 nəfəri mülki, 15 min 298 nəfəri hərbi qulluqçu, 17 min 607 nəfəri kişi, 744 nəfəri qadın, onlardan 401 nəfəri uşaq olmaqla, cəmi 18 min 351 şəxs qəsdən öldürülüb, ümumilikdə 3710 nəfəri mülki, 51 min 467 nəfəri hərbi qulluqçu, 54 min 103 nəfəri kişi, 1074 nəfəri qadın, onlardan 457 nəfəri uşaq olmaqla, cəmi 55 min 177 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Azərbaycan Respublikasına qarşı aparılmış təcavüzkar müharibə dövründə Azərbaycan Ordusunun müdafiə arsenalına 908 milyon manatdan artıq məbləğdə qəsdən maddi ziyan vurulmaqla hərbi əmlakları məhv edilib, yararsız hala salınıb və ələ keçirilib.
Daha sonra Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov təqsirləndirilən şəxs Ruben Vardanyana irəli sürülmüş konkret ittihamları elan edib.
O cümlədən bildirilib ki, ittiham aktına əsasən Ruben Vardanyan 2022-ci ilin sentyabrında Azərbaycan Respublikasının dövlət sərhədini dövlətin nəzarət-buraxılış məntəqələrindən kənar Ermənistan Respublikasının ərazisindən Laçın rayonu istiqamətində qanunsuz keçərək Azərbaycan ərazisinə daxil olub, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə məskunlaşıb.
O, özünə və müxtəlif xarici ölkələrin vətəndaşlarına aid pul vəsaitlərini həmtəsisçisi olduğu “humanitar məqsədli” pərdəsi altında fəaliyyət göstərən “Avrora” fondu, “Biz - dağlarımızıq” təşkilatı və sair yardım aksiyaları adı altında toplayaraq həmin vəsaitlər hesabına Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları maddi cəhətdən təmin, əsgəri ləvazimatla təchiz edib, hərbi silah və texnikanı qanunsuz əldə edərək Azərbaycana qanunsuz gətirməklə əvvəlcədən xüsusi təşkil etdiyi hərbi anbarlarda saxlayıb.
Bundan başqa, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan “yerli özünümüdafiə dəstələri” adlandırdığı, habelə əsasən peşəkar hərbçilərdən ibarət digər silahlı dəstə və qrupların üzvlərinə aylıq muzd ayıraraq verib. Həmçinin “VoMa” adlı terror təşkilatının yaradıcısı Vartanov Vladimir (Vova) Levanoviçlə sövdələşərək həmin təşkilatın təlimatçıları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı terrorçuluq əməllərinin törədilməsi məqsədilə təlimlərin keçirilməsinin təşkil edilməsi üçün pul vəsaitlərini verib.
Habelə Azərbaycanın işğal altında olan suveren ərazilərində mülki və hərbi obyektlərə qarşı istifadə edilməsi üçün idarəolunan zenit raketlərinin və komplekslərinin, hədəflərin aşkarlanması stansiyalarının, akkumulyator və radioötürücü blokların, digər qurğuların kütləvi istehsalının qurulması, bununla əlaqədar birgə müəssisənin yaradılması məqsədilə Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla sövdələşib. Həmçinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz silahlı birləşmələr tərəfindən istifadəsi nəzərdə tutulan helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşa edilməsinə, habelə radioelektron mübarizə sisteminin alınaraq qanunsuz silahlı birləşmələrə çatdırılmasına dair danışıqlar apararaq müvafiq tapşırıqlar verib.
Eyni zamanda, Ruben Vardanyan şəxsən tərtib etdiyi fəaliyyət planında Azərbaycanın xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələri, xidməti vəzifələrini və ictimai borcunu yerinə yetirən vətəndaşlarına qarşı terrorçuluq törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılması təşəbbüsünü irəli sürüb.
İttihamın elan olunmasını davam etdirən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev, həmçinin dövlət ittihamçıları Fuad Musayev, Vüsal Abdullayev və Təranə Məmmədova Ermənistan dövləti tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərinin minalanması və bu yolla hərbi təcavüzün davam etdirilməsi faktlarını səsləndirib. Xüsusilə vurğulanıb ki, işğal olunmuş ərazilərdə basdırılan minaların bir hissəsi Ermənistanda istehsal olunub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq, elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi bildirilib.
Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur(Report).
***
Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.
Mia.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir.
Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. O, tərcüməçi və vəkillə təmin olunub.
Prokurorların bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir.
Qeyd edək ki, ötən proses Ruben Vardanyan və müdafiəçiləri qaldırılan vəsatətlərin təmin olunmamasını əsas gətirərək işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olduğunu bildirib və məhkəmə tərkibinə etiraz edib.
Məhkəmə onun əsassız sayıb və etirazını təmin etməyib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur(Report).
CHP lideri həbs olunan 3 bələdiyyə sədrinə görə təhdid etdi: "Məni xalqı küçələrə çağırmağa məxbur etməyin"
Qəzzada daha 77 fələstinli həyatını itirib - "Onların arasında uşaq və qadınlar da var"
Ersin Tatar: "Əliyevə və Azərbaycan xalqına təşəkkür edirəm"
Türkiyə ordusunun 5 hərbçisi şəhid olub - İraqda
Gürcüstanda məşhur iş adamı saxlanılıb
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
Vəkilliyə qəbul imtahanı: onlar uğur qazandı - SİYAHI
Rəsmi Bakı ABŞ-a başsağlığı verdi
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir? - Kipr, Ermənistan və Yunanıstan ittifaqı isə dağılır (TƏHLİL)
II və III ixtisas qrupları üzrə imtahan keçirildi: 10 nəfər zaldan xaric olundu - Düzgün cavablar nə vaxt təqdim olunacaq?
Dövlət İmtahan Mərkəzi imtahanlar keçirib
Sabah hava necə olacaq? - Proqnoz
Aparıcı Ulvira Qarayeva departament rəhbəri təyin olunub
"HƏMKARLAR"A YIĞILAN MİLYONLAR: BU, HARA XƏRCLƏNİR? - "Məhkəməylə pulları geri istəmək lazımdır" (AÇIQLAMALAR)
"Ermənistanla saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb" - Elçin Əmirbəyov
"İstintaqı və ona nəzarəti Moskva tamamilə öz üzərinə götürüb" - “Qardaşım Bakir Səfərovun 62 yaşı var, o..."
"Tamstore" marketlər şəbəkəsi həftəsonu niyə işləmir? - "Göbələk kimi hər yerdən çıxıblar, amma..."
Ərdoğan "Togg"un yeni modelini sınaqdan keçirib: "Maşallah" - FOTO
“Neftçi” Fransa millisinin oyunçusunu alıb
Bu dövlət qurumlarına məxsus maşınlar hərraca çıxarıldı - SİYAHI
Beş kollecin direktoru dəyişib
Prezident İlham Əliyev sərəncam imzalayıb
Sabah yağış yağacaq
Xalq artistinin dəbdəbəli bağ evi... - VİDEO
General Əli Nağıyev DTX-nin Akademiyasında: "Ayıq-sayıq olmalı..." - VİDEO, FOTOLAR
Hikmət Sabirabadlının dostunun oğlu haqda qərar verildi - “Qanuni oğru” isə deport olunacaq
Sabirabad sakini Kürdə boğulub
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda Aşuradır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Zaur Mikayılov sabiq icra başçısının qızı ilə anlaşıb
ÖLKƏ LİDERLƏRİ XANKƏNDİDƏ: 17-ci Zirvə görüşündə mühüm mesajlar verildi - ÇIXIŞLAR + VİDEO (YENİLƏNİB)
SOCAR-da daha bir təyinat - FOTO
İran prezidentinin Xankəndinə səfəri başa çatıb - FOTO (Yeniləniib)
Şuşada İlham Əliyevin adından Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib - FOTO
"Başakşehir" qapıçısının müqaviləsini uzadıb
Türkiyədə 180 siyasi partiya var - Ən çox üzvü olanla ən az üzvü olan təşkilatın adı açıqlanlıb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
"Fənərbağça" bu oyunçu ilə müqaviləni uzadıb
DEPUTATLAR DAHA 15 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - Siyahı
"Milan" yarımmüdafiəçi transfer edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
Osayi-Samuel "Birmingem Siti"yə transfer olub